31 İyul 2026
Xalq Bankdan girovsuz biznes krediti
Xalq Bank yeni kredit kampaniyası ilə biznes fəaliyyəti ilə məşğul olan sahibkarlara daha sərfəli və əlçatan maliyyələşmə imkanları təqdim edir. Belə ki, kampaniya çərçivəsində sahibkar fiziki şəxs və hüquqi şəxslər 50 000 AZN-dək biznes kreditini illik 13 %-lə və 48 ayadək müddətə, girov təminatı olmadan əldə edə bilərlər. Kampaniyadan yararlanmaq üçün sahibkarlıq fəaliyyətinin minimum müddəti 12 ay olmalıdır.
Bununla yanaşı, kampaniya müddəti ərzində 300 000 AZN-dək və 48 ayadək təklif edilən təminatlı kreditlər üzrə daşınmaz əmlakın sığortalanması tətbiq edilmir. Sərfəli şərtlər sahibkarların dövriyyə vəsaitini artırmasına, eləcə də bizneslərini genişləndirmək üçün əlavə maliyyə dəstəyi əldə etməsinə imkan yaradır.
Qeyd edək ki, kampaniya 30 dekabr 2026-cı ilədək qüvvədədir.
Kampaniyadan yararlanmaq üçün sahibkarlar Xalq Bankın ölkə üzrə bölgələr də daxil olmaqla, 31 filialdan ibarət geniş filial şəbəkəsinə müraciət edə bilərlər.