XalqOnline

Dili dəyiş

az

26 Dekabr 2022

Xalq Bankdan yeni kampaniya- XalqKartı pulsuz əldə edin!

Xalq Bank Yeni il ərəfəsində yeni kampaniyaya start verir.  26 dekabr - 31 yanvar tarixləri arasında XalqKart PETROL və ya XalqKart CASHBACK kartını sifariş edənlərə ilk 100 AZN ekvivalentində nağdsız ödənişlərdən  sonra kartı əldə etmək üçün ödənilmiş  15 AZN geri qaytarılacaq. 100 AZN nağdsız dövriyyənin aparılması üçün son tarix 28 fevraldır. Nağdsız dövriyyəyə pos-terminal ödənişləri, onlayn alışlar, kommunal, mobil və digər ödənişlər aiddir, card to card və digər köçürmələr, kredit və sığorta ödənişləri aid edilmir. 15 AZN kəşbək məbləği dövriyyə tələbini icra etmiş kartlar arasında satış ardıcıllığı nəzərə alınmaqla ilk 1000 karta qaytarılır. 

3 illik müddətə təqdim edilən XalqKart Petrol həm ölkə daxilində, həm də xaricdə ticarət və xidmət obyektlərində nağdsız ödənişlər həyata keçirməklə hər əməliyyata görə 3%, tərəfdaş şəbəkəsində 40%-dək Oil bonusları qazandırır. Toplanmış Oil-lər ölkənin ən geniş YDM şəbəkəsi olan Azpetrol YDM-lərində pulsuz yanacağa dəyişdirilir. Beləliklə, müştərilər gündəlik alış-veriş etməklə həm də yanacaq sərfiyyatında qənaət etmiş olurlar.

XalqKart Cashback - xərclədikcə rahat şərtlərlə kəşbək qazandıran ödəniş kartıdır. 4 valyutada olmaqla (AZN/USD/EUR/GBP) 3 il müddətinə təqdim edilən bu kartla aparılan gündəlik alış-verişlər və nağdsız ödənişlər 2 %, tərəfdaş şəbəkəsində edilən ödənişlər isə 40 %-dək kəşbək qazandırır.

Milli valyutada olan XalqKart Petrol və XalqKart Cashback kartları müştərilərə kart hesabındakı qalığına  hər ay əlavə illik 8 % gəlir də qazandırır. Həmçinin XalqKart-da hesabda olan vəsaitləri Xalq Bankın bankomatlarında  komissiyasız nağdlaşdırma və balansın komissiyasız artırılması imkanları mövcuddur.

XalqKartı əldə etmək çox rahatdır: bunun üçün kartı onlayn sifariş etmək, yaxud Bankın geniş filial şəbəkəsinə müraciət etmək kifayətdir. XalqKart haqqında ətraflı məlumatı buradan əldə edə bilərsiniz: https://www.xalqbank.az/az/ferdi/kartlar