25 Dekabr 2025
“XalqKart”da Yeni ilə özəl 6% keşbek
Yeni il alış-verişlərinizi XalqKart ilə edin, daha çox keşbek qazanın! Xalq Bankın XalqKart sahibləri üçün keçirdiyi kampaniya çərçivəsində 25 dekabr-5 yanvar tarixlərində seçilmiş kateqoriyalar üzrə ödənişlərə 6% keşbek/petrol təqdim olunacaq.
Kampaniya müddətində XalqKart ilə kafe-restoranlar, kinoteatr və digər bilet alışı, turizm və istirahət xidmətləri, şirniyyat dükanları, parfumeriya və hədiyyə mağazalarında aparılan ödənişlər üzrə müştərilər daha çox – yəni 6% keşbek/petrol əldə edəcəklər. Kampaniya şərtləri ilə bağlı ətraflı: -------
Çoxsaylı üstünlüklərə malik 3 illik XalqKart kartı 30 dekabradək pulsuz təqdim edilir. Kartı XalqOnline mobil tətbiqinində, Xalq Bankın filiallarına müraciət etməklə və ya https://cardorder.xalqbank.az/ səhifəsi vasitəsilə onlayn sifariş etmək mümkündür. Bakı şəhəri üzrə kartların çatdırılması pulsuzdur.