XalqOnline

Dili dəyiş

az

1 Aprel 2026

Stimullaşdırıcı “Əmanət lotereyası”- qoşulun və qazanın!

Stimullaşdırıcı “Əmanət lotereyası”- qoşulun və qazanın!

 Xalq Bank əmanət yerləşdirən müştərilər üçün stimullaşdırıcı “Əmanət” lotereyasını təqdim edir. Kampaniya çərçivəsində iştirakçılar yüzlərlə pul mükafatı, o cümlədən hər biri 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı əldə edirlər.

Lotereya 1 aprel – 30 dekabr 2026-cı il tarixlərini əhatə edir.

İştirak qaydası

Lotereyada iştirak etmək üçün Xalq Bankda “Müddətli”, “Proqress” və “VİP-Rantye”  məhsulları üzrə əmanət yerləşdirilməsi və ya mövcud əmanətin prolonqasiyası tələb olunur.

İştirakın aktivləşdirilməsi XalqOnline mobil tətbiqində “Lotereya” bölməsi vasitəsilə həyata keçirilməlidir.

Şansların hesablanması

Yerləşdirilmiş əmanət məbləğinə uyğun olaraq iştirak şansları formalaşır:

  • Bakı və Sumqayıt filialları üzrə: hər 500 AZN / 300 USD – 1 şans
  • Region filialları üzrə: hər 250 AZN / 150 USD – 1 şans

Uduş fondu

  • 50 000 AZN pul mükafatı – 2 ədəd
  • 5 000 AZN pul mükafatı – 45 ədəd
  • 1 000 AZN pul mükafatı – 75 ədəd
  • 500 AZN pul mükafatı – 105 ədəd

Filial qrupları

Daha geniş iştirak imkanını təmin etmək məqsədilə bankın filialları 5 qrup üzrə bölünmüşdür. Tirajlar zamanı qaliblər bu qruplar üzrə ayrılıqda müəyyən edilir:

  • Qrup 1 (Bakı və Sumqayıt şəhərlərində yerləşən filiallar)
  • Qrup 2 (Gəncə, Qazax, Şəmkir, Tovuz, Mingəçevir filialları)
  • Qrup 3 (Zaqatala, İsmayıllı, Şamaxı, Şəki, Yevlax filialları)
  • Qrup 4 (Xaçmaz, Şabran, Qusar, Quba, Siyəzən filialları)
  • Qrup 5 (Neftçala, Cəlilabad, Lənkəran, Şirvan, Göyçay filialları)

Tiraj tarixləri

1-ci tiraj: 01.04.2026 – 30.06.2026           Uduş tarixi:10.07.2026

2-ci tiraj: 01.07.2026 – 30.09.2026           Uduş tarixi: 12.10.2026

3-cü tiraj: 01.10.2026 – 30.12.2026          Uduş tarixi: 12.01.2027

4-cü tiraj: 01.04.2026 – 30.12.2026          Uduş tarixi: 12.01.2027

1-ci, 2-ci və 3-cü tirajlarlarda hər filial qrupu üzrə ayrı qaliblər müəyyən ediləcək. 4-cü tirajda isə əsas mükafat üzrə qaliblər iki qrup üzrə müəyyən olunacaq: Bakı və Sumqayıt filialları üzrə 1 qalib 50 000 AZN, region filialları üzrə isə 1 qalib 50 000 AZN qazanacaq.

Qaliblər Xalq Bankın sosial media hesablarında və rəsmi veb saytında elan olunacaq.

Ətraflı lotereya şərtləri BURADA