9 Fevral 2026
Səyahət imtiyazlı kartlar üzrə xüsusi təklif
Xalq Bank müştərilərin premium kart üstünlüklərindən daha rahat və sərfəli şərtlərlə yararlanması məqsədilə yeni kampaniya keçirir. Belə ki, 30 iyunadək Xalq Bankda aktiv əmanət məhsulu olan müştələr Mastercard Black Edition və Visa Infinite ödəniş kartlarını birdəfəlik xidmət haqqına və ya kart hesabına ilkin mədaxil məbləğinə 50% endirimlə əldə edə biləcəklər.
Premium seqmentə aid bu kartlar sahibinə dünyanın istənilən nöqtəsində yüksək xidmət səviyyəsi, səyahət və həyat tərzi üzrə geniş imtiyazlar, sığorta paketləri, konsyerj xidmətləri və digər eksklüziv üstünlüklər təqdim edir. İmtiyazlar sırasına hava limanına transfer, biznes zallara ziyarət, sürətli keçid kimi xidmətlər aiddir.
Kampaniyadan yararlanmaq üçün əmanət müştəriləri kartı Xalq Bank filiallarında sifariş edə bilərlər.