XalqKart Cashback Taksit alış-verişləri 24 ayadək hissə-hissə ödəməyə və birdəfəlik (taksitsiz) alışlardan 2% keşbek qazanmağa imkan verən taksit kartıdır. Həmçinin XalqKart CashbackTaksit kartı ilə edilən birdəfələlik alışlar üzrə 72 günədək faizsiz güzəşt müddətindən yararlana bilərsiniz. Kart limitinin nağdlaşdırılmasına isə məhdudiyyət tətbiq edilmir – limitin 100%-dək məbləği nağdlaşdırmaq mümkündür!
XalqKart Taksit kredit limiti hesabına alış-verişlərinizi hissə-hissə və ya birdəfəlik ödəməyə imkan verən ödəniş kartıdır kartdır.
Kredit limiti 500 AZN-dən 10 000 AZN-dək müəyyən olunur.
XalqKart Taksit kartını XalqOnline mobil tətbiqi, xalqbank.az saytı və ya bankın filiallarından sifariş etmək mümkündür.
Taksit partnyorlarda etdiyiniz ödənişlərin aylarabölünərək hissə-hissə ödənilməsidir. Taksitlər üzrə aylıq ödənişlər hər ayın 1-10-u aralığında edilməlidir .
Partnyordan asılı olaraq ödəniş 2, 3, 6, 12, 18 və ya 24 aya qədər taksitlə bölünə bilir.

