Onlayn məsləhətçi
Plastik kart sahiblərinin internet vasitəsilə apardığı ödəmə əməliyyatlarının təhlükəsizliyini artırmaq və müştərilərimizi internet şəbəkəsində baş verən dələduzluq hallarından qorumaq məqsədilə qabaqcıl texnologiyaların imkanlarından istifadə edərək “3D Secure” xidmətinə qoşulduq.

Bu xidmət vasitəsilə kart sahibinin autentifikasiyası yalnız müştəriyə aid olan və kartın üzərində qeyd edilməyən xüsusi “3D” şifrəsi vasitəsilə AzəriKard prosessinq mərkəzinin mühafizə olunan səhifəsində aparılır. “3D Secure” təhlükəsizlik standartını dəstəkləyən saytlarda mal və ya xidmətlər üçün ödəniş edən zaman müştəri www.azericard.com səhifəsinə keçir, orada “3D” şifrəsini daxil edir və yalnız şifrənin təsdiqindən sonra ödənişi həyata keçirir.
Müştəri bu xidmətdən istifadə edərək ödənişin tam təhlükəsizliyini təmin edir və dələduzluq risklərini minimuma endirir. Ödəniş üçün şifrələr müştərinin seçiminə görə bankomatdan (“İB və 3D Secure Parollar” bölməsindən) və yaxud SMS vasitəsilə (kart SMS-məlumatlandırma xidmətinə qoşulduqda) əldə oluna bilər.
Xidmət ödənişsizdir.