Onlayn məsləhətçi
Bu xidmətlərlə Siz şəxsi kartınıza və ya istənilən karta Cash-in tipli ATM vasitəsilə nağd vəsaitləri mədaxil edə bilərsiniz
Cash to Any Card xidməti Sizə plastik kart olmadan Xalq Bankın Cash-in tipli bankomatları vasitəsilə istənilən karta pul mədaxil etmək imkanı verir.
Cash-in xidməti ilə Siz Banka müraciət etmədən kartınıza pul vəsaitlərini mədaxil edə bilərsiniz.
Hər iki xidmət Bankın iş rejimindən asılı olmayaraq günün istənilən vaxtı şəxsi kartınıza və ya hər hansı digər karta pul vəsaitlərinin daxil edilməsini nəzərdə tutur.
Cash to Any Card xidməti ilə Siz ölkə xaricində pula ehtiyacı olan yaxınlarınızın hesabına Banka gəlmədən vəsait mədaxil edə bilərsiniz.
Əməliyyatları yalnız manat və ABŞ dollar valyutalarında keçirmək olar. Xüsusi slota bir əməliyyat üzrə maksimal 50 ədəd əskinaz daxil etmək mümkündür.
Cash-in/Cash to Any Card xidmətləri yalnız Cash-İn tipli bankomatlarda həyata keçirilə bilər.
Cash to Any Card/Cash-in xidmətləri üzrə xidməthaqqı tutulmur. Əgər mədaxil olunan vəsaitlər kart hesabının valyutasından fərqlidirsə, avtomatik konvertasiya baş verir və buna görə də əlavə komisyonhaqqı tutulur (1%).
Cash-in tipli bankomatları ilə mədaxil edərkən vəsaitlər elə həmin an karta köçürülür.