Onlayn məsləhətçi

Bizə təklif və iradlarınızı bildirin

Sizə zəng edək?

Sizin sifariş uğurla göndərilib.

Bank yaxın vaxtlarda 9:00-dən 18:00-dək müddətdə sizinlə əlaqə saxlayacaq.

Filliallar və bankomatlar

Filliallar və bankomatlar

Bizi tapmaq üçün ən asan yol

Priority Pass

Xalq Bank müştərilərə Priority Pass kartlarını əldə edib, bu kartların üstünlüklərindən faydalanmağı təklif edir.

Priority Pass dünyanın hava limanlarında VİP-zallara giriş imkanı yaradan kartdır. Bu kartı əldə etməklə Siz, hansı ölkəyə səyahət etməyinizdən, biletin növündən (ekonom və ya biznes klass) və hansı hava yolları şirkəti ilə uçduğunuzdan asılı olmayaraq dünyanın 400-dən artıq şəhərinin hava limanlarında yerləşən 850-dən çox VİP-zaldan istifadə etmək hüququnu əldə edirsiniz.

Priority Pass istirahət və işgüzar məqsədlərlə səyahət edən şəxsləri hava limanının səs-küyündən və qarışıqlığından azad edəcək mükəmməl bir vasitədir. Bu kartlardan yararlanan şəxslər biznes xidmətlərdən faydalanaraq komfortlu zallarda hava limanının yorucu mühitindən azad olacaqlar.

Priority Pass kartları vasitəsilə Heydər Əliyev adına Beynəlxalq Hava Limanının “Absheron Lounge” zalından da faydalana bilərsiniz. Digər VİP-zallar və bu zallarda göstərilən xidmətlər haqda daha ətraflı məlumat almaq və yeniliklərlə tanış olmaq üçün www.prioritypass.com internet səhifəsinə daxil olmağınız xahiş olunur.

Priority Pass kartını necə əldə etmək olar?

Hər bir şirkət öz əməkdaşları üçün Xalq Bankın Priority Pass kartını əldə edərək bu kartın üstünlüklərindən faydalana bilər. Bunun üçün xidmət olunğunuz Bankın filialına yaxınlaşıb korporativ müştərilər üçün təklif etdiyimiz BUSİNESS Tarif paketini əldə etməyiniz kifayətdir. 

Tariflər

Təklif etdiyimiz Priority Pass paketləri aşağıdakılardır:

 

Tarif paketinin növü

Business Paket

Tarif paketinə daxil olan məhsullar və xidmətlər

Priority Pass

Visa/MC Business kartı

İnternet Bank

Mobil Bank

SMS-məlumatlandırma

İlkin mədaxil məbləği

-

Minimal sığorta məbləği

-

Priority Pass paketlərinin qiyməti

80 AZN

Yeni Priority Pass kartının verilməsi

25 AZN

VIP-zala giriş 

32 USD