Onlayn məsləhətçi

Bizə təklif və iradlarınızı bildirin

Sizə zəng edək?

Sizin sifariş uğurla göndərilib.

Bank yaxın vaxtlarda 9:00-dən 18:00-dək müddətdə sizinlə əlaqə saxlayacaq.

Filliallar və bankomatlar

Filliallar və bankomatlar

Bizi tapmaq üçün ən asan yol

Broker əməliyyatları

Azərbaycanda qiymətli kağızlar bazarı son illərdə dinamik inkişaf etmişdir

Qiymətli kağızlar bazarında göstərdiyimiz xidmətlərin keyfiyyətinin ən yüksək səviyyəyə çatdırılması müştərilərə peşəkar broker xidməti təqdim edən "Xalq Kapital İnvestisiya Şirkəti” QSC-nin prioritet vəzifəsidir.

Xalq Kapital İnvestisiya Şirkəti müştərilərə qiymətli kağızlar bazarının peşəkar fəaliyyət sahələri olan Broker və Diler xidmətləri göstərir. Müəssisənin əməkdaşlarının yüksək peşəkarlığı və maddi-texniki bazasının yüksək səviyyədə təchiz olunması, təqdim olunan peşəkar fəaliyyət sahələri üzrə “Xalq Kapital İnvestisiya Şirkəti” QSC-ni ölkədə qiymətli kağızlar bazarında aparıcı şirkətlərdən biri kimi hesab etməyə əsas verir.

2007-ci ildə Bankın törəmə müəssiəsi kimi təsis edilmiş "Xalq Kapital" MMC 2016-cı ildən "Xalq Kapital İnvestisiya Şirkəti" QSC kimi fəaliyyyətini davam etdirməkdədir. Şirkət Bakı Fond Birjasının üzvü və səhmdarıdır. Müəssisə həm yerli, həm də xarici hüquqi və fiziki şəxslərə öz xidmətlərini təqdim edir.

Şirkət Broker fəaliyyəti üzrə fiziki və hüquqi şəxslərə Mərkəzi Bankın Notları, Maliyyə Nazirliyinin istiqrazları, Korporativ istiqrazlar və səhmlərin alqı-satqısı, diler fəaliyyəti üzrə isə müəssisələrin nizamnamə kapitalının artırılması və istiqrazlarının yerləşdirilməsi xidmətlərini göstərir.