Onlayn məsləhətçi

Bizə təklif və iradlarınızı bildirin

Sizə zəng edək?

Sizin sifariş uğurla göndərilib.

Bank yaxın vaxtlarda 9:00-dən 18:00-dək müddətdə sizinlə əlaqə saxlayacaq.

Filliallar və bankomatlar

Filliallar və bankomatlar

Bizi tapmaq üçün ən asan yol

Akkreditivlər

Sənədli akkreditiv – akkreditivi açmış bankın (bank-emitent) öz müştərisinin (alıcının, idxalçının) göstərişi ilə müəyyən olunan müddətdə akkreditivin şərtlərinə uyğun olaraq zəruri sənədləri təqdim edən benefisiara (satıcıya, ixracatçıya) razılaşdırılmış valyuta ilə müəyyən məbləğdə təmin olunan pul vəsaitidir.

Bu halda Bank alıcı və satıcı arasında vasitəçi rolunu oynayır, çünki bir sıra əməliyyatlar yerinə yetirildikdən sonra ödəmə onun vasitəsilə həyata keçirilir. Hal-hazırda akkreditiv xarici ticarət əməliyyatlarının ən yayılmış və optimal hesablaşma forması kimi satıcının və alıcının maraqlarına maksimum cavab verir və mümkün itkiləri böyük ölçüdə azaldır.

Akkreditiv hesablaşmalarının əsas üstünlükləri aşağıdakılardır:

İdxalçı üçün:

  • Avans ödəməsinin olmaması;
  • Vəsaitin ixracatçının hesabına köçürülməsi yalnız akkreditivin bütün şərtlərinin ixracatçı tərəfindən yerinə yetirilməsi, akkreditivin mətnində qeyd olunan sənədlərin ixracatçı tərəfindən öz bankına təqdim olunması və bu sənədlərin bankın səlahiyyətli mütəxəssisləri tərəfindən yoxlanılmasından sonra həyata keçirilməsi;
  • Xarici kontragentlər üçün akkreditiv vasitəsilə ödəmənin alınması potensial alıcının ödəmə qabiliyyətinin əlavə olaraq təsdiqi deməkdir;
  • Alıcı, ödəmənin akkreditiv üzrə yerinə yetirilməsinə zəmanət verərək malların daha məqbul şərtlərlə çatdırılmasına və ödənilməsinə nail ola bilər;
  • Xarici iqtisadi müqavilənin ödəmə şərtlərinə aid hissəsinin hazırlanmasında bank əməkdaşlarının təcrübəsindən istifadə etmək imkanı;
  • Ödəmənin vaxtının uzadılması ilə təmin olunan akkreditiv əmtəə kreditinin ixracatçıdan alınmasına imkan yaradır. Belə kreditin şərtləri idxalatçı üçün adi bank kreditinin şərtlərindən həmişə daha sərfəli olur;
  • Əməliyyat "Beynəlxalq ticarət palatasının sənədli akkreditivlər üşün unifikasiya edilmiş qayda və adətlər”lə tənzimlənir.

İxracatçı üçün:

  • Müqavilə dəyərinin ödənilməsinə əlavə zəmanət;
  • İxracat gəlirinin vaxtında alınmasının təminatı;
  • Sığorta risklərinin əlavə azaldılması imkanı;
  • Akkreditivin şərtlərinə tam cavab verən malın göndərilməsini təsdiq edən sənədlərin banka təqdim olunması şərtilə maliyyə vəsaitləri əldə etmək imkanı;
  • Əməliyyat "Beynəlxalq ticarət palatasının sənədli akkreditivlər üçün unifikasiya edilmiş qayda və adətlər”lə tənzimlənir.

Akkreditivlər üzrə tariflərə burada baxa bilərsiniz.