Onlayn məsləhətçi

Bizə təklif və iradlarınızı bildirin

Sizə zəng edək?

Sizin sifariş uğurla göndərilib.

Bank yaxın vaxtlarda 9:00-dən 18:00-dək müddətdə sizinlə əlaqə saxlayacaq.

Filliallar və bankomatlar

Filliallar və bankomatlar

Bizi tapmaq üçün ən asan yol

Sənədli inkasso

İnkasso – vəkalət verən şəxsdən (ixracatçıdan) maliyyə və ticarət sənədləri ilə birlikdə alınan təlimatlar əsasında ödəməni və/yaxud aksepti qəbul etmək və ya ödəmə və/yaxud aksept qarşılığında sənədləri təhvil vermək, yaxud sənədləri digər şərtlərə uyğun olaraq təhvil vermək məqsədilə bank tərəfindən yerinə yetirilən əməliyyat növüdür.

Akkreditivlə müqayisədə inkasso daha az xərc tələb edən, lakin eyni zamanda daha az etibarlı sənədli əməliyyat növüdür.

Satıcı (ixracatçı) malı göndərdikdən sonra sənədlərin məbləğini alıcının (idxalçının) ölkəsində inkasso etmək üçün sənədləri inkasso təlimatları ilə birlikdə öz bankına göndərir. İnkasso edən bank (idxalçının bankı) bu halda vasitəçi rolunu oynayır, yəni yalnız ödəmə (ödəmə qarşılığında sənədlər) və ya aksept (aksept qarşılığında sənədlər) yerinə yetirildikdən sonra malın götürülməsinə imkan verən sənədlərin alıcıya (idxalçıya) verilməsini təmin edərək satıcı (ixracatçı) qarşısında öz üzərinə heç bir əlavə ödəmə öhdəliyi götürmür.

İnkasso hesablaşmaları zamanı tərəflər aşağıdakı üstünlüklərdən yararlanır:

İdxal edən

  • İnkasso edən bank müştəriyə sənədlərlə tanış olmaq imkanı yaradaraq ödəməni yalnız onun razılığı əsasında yerinə yetirir;
  • İdxalçı bankının əlavə ödəmə öhdəlikləri olmadığı üçün əməliyyat qiymətinin aşağı olması;
  • İxracatçıdan alınan kommersiya krediti (ödəmə müddətinin uzadılması) və ya müddətli vekselin aksepti (əgər belə ödəmə variantı müqavilədə göstərilərsə) şəklində maliyyələşmə imkanı;
  • Əməliyyat "Beynəlxalq Ticarət Palatasının İnkasso əməliyyatları üçün unifikasiya edilmiş vahid qayda və adətlər”lə tənzimlənir.

İxrac edən

  • inkasso edən bankın maliyyə və kommersiya sənədlərini alıcıya təqdim etməsinə qədər (bu sənədlərin dəyərinin ödənilməsindən və ya akseptdən sonra baş verir) mal üzərində nəzarət hüququ satıcıda qalır;
  • Sənədlər qəbul olunduqda və sazişdə müəyyən olunan ödəmə təxirə salındıqda alıcının sənədlərin ödəmə müddəti üçün öz bankında maliyyə vəsaiti ala bilmək imkanı;
  • Əməliyyat "Beynəlxalq Ticarət Palatasının İnkasso əməliyyatları üçün unifikasiya edilmiş vahid qayda və adətlər”lə tənzimlənir.

Sənədli inkasso üzrə tariflərə burada baxa bilərsiniz.