Onlayn məsləhətçi

Bizə təklif və iradlarınızı bildirin

Sizə zəng edək?

Sizin sifariş uğurla göndərilib.

Bank yaxın vaxtlarda 9:00-dən 18:00-dək müddətdə sizinlə əlaqə saxlayacaq.

Filliallar və bankomatlar

Filliallar və bankomatlar

Bizi tapmaq üçün ən asan yol

Zəmanətlər

Bank zəmanəti - alıcı və satıcı arasında bağlanan əsas xarici ticarət sazişinə əlavə olaraq razılaşdırılan ayrıca sövdələşmədir. Belə zəmanət müqabilində bank (Zəmanətçi) ixracatçının və ya idxalçının (Prinsipalın) xahişi əsasında Benefisiarın yazılı tələbinə uyğun olaraq onun müəyyən şərtlərini yerinə yetirdiyi zaman müəyyən pul vəsaitini Benefisiara ödəmək barədə yazılı öhdəlik məktubu təqdim edir.

Bank zəmanəti hesablaşma aləti olmayıb, Prinsipalın (ixracatçı və ya idxalçının) əsas saziş öhdəliyinin təminatı kimi istifadə olunur. Xarici bank zəmanətlərinin verilməsi üzrə əməliyyatlar "Beynəlxalq ticarət palatasının tələbli zəmanətlər üçün unifikasiya edilmiş qaydalar"ı ilə tənzimlənir.

Bank zəmanətlərinin beynəlxalq təcrübədə tanınan əsas növləri aşağıdakılardır:

  • İdxalçının tapşırığı ilə verilən Ödəniş zəmanəti (Payment Guarantee)

Alıcının sazişdə nəzərdə tutulan ödəniş öhdəliklərini yerinə yetirməyi təmin edəcəyinə dair zəmanətdir. Sazişin ödəniş şərtlərinə əsaslanır və alıcı tərəfindən ödənişin yerinə yetirilməməsi (ödənişin vaxtında yerinə yetirilməməsi) riskini aradan qaldırır.

  • İxracatçının tapşırığı ilə verilən Avansın qaytarılmasına zəmanət (Advance Payment Guarantee)

Satıcı tərəfindən malın alıcıya çatdırılmaması/işlərin yerinə yetirilməməsi halında sazişə uyğun olaraq daha əvvəl ödənilmiş avans məbləğinin qaytarılmasına dair zəmanət növüdür. Bu zəmanət adətən avans satıcının zəmanətçi bankdakı hesabına daxil olduğu zaman qüvvəyə minmiş hesab olunur. Zəmanətin məbləği satıcı avans ilə ödənilən saziş öhdəliklərini yerinə yetirdiyi müddətcə azalır.

  • İxracatçının tapşırığı ilə verilən Tender zəmanəti (Bid Bond Guarantee)

Tender iştirakçısının sifarişçi/podratçı qarşısında tender öhdəliklərinin icrasını təmin edəcəyinə dair zəmanət növüdür. Bu zaman tenderin iştirakçısı:

  1. Tender ərizələrinin baxıldığı müddət ərzində öz tender təklifini geri götürməyəcək;
  2. Tenderin qalibi olduqda, sifarişçi/podratçı ilə saziş imzalayacaq və ona bu sazişin lazımi qaydada icrasına dair zəmanət verəcək. Tender zəmanətinin məbləği adətən nəzərdə tutulan sazişin ümumi dəyərinin 5%-nə qədər təşkil edir.
  • İxracatçının tapşırığı ilə verilən Sazişin lazımi qaydada icrasına zəmanət (Performance Guarantee)

Saziş şərtlərinin alıcı tərəfindən keyfiyyətli icrasına dair zəmanət növüdür. Onun məbləği adətən sazişin ümumi dəyərinin 10%-nə qədər təşkil edir və işlərin icrası ölçüsündə azala bilər

  • Ayrıca zəmanət növü, yəni sazişdə müəyyən olunan öhdəliklərin icrasını təmin edən bir digər vasit - İxracatçının və ya idxalçının tapşırığı ilə verilən Ehtiyat akkreditivi (Stand-By Letter of Credit).

Öz formasına görə ehtiyat akkreditivi adi sənədli akkreditiv ilə uyğunluq təşkil etsə də, məzmununa görə əsas öhdəliyin (ödəniş, avans və s. öhdəliyi) yerinə yetirilməsini təmin etməyə dair zəmanət növüdür. Tərəflərdən hər hansı biri əsas sazişə uyğun olaraq öz öhdəliyini yerinə yetirmədiyi təqdirdə, Bank ödəməni ehtiyat akkreditivinə əsasən yerinə yetirir.

Zəmanətlər üzrə tariflərə burada baxa bilərsiniz.