Onlayn məsləhətçi

Bizə təklif və iradlarınızı bildirin

Sizə zəng edək?

Sizin sifariş uğurla göndərilib.

Bank yaxın vaxtlarda 9:00-dən 18:00-dək müddətdə sizinlə əlaqə saxlayacaq.

Filliallar və bankomatlar

Filliallar və bankomatlar

Bizi tapmaq üçün ən asan yol

Xalqbank-online

Xalq Bank müştərilərinə Banka müraciət etmədən internet şəbəkəsinə qoşulmuş istənilən cihaz vasitəsilə bank və kart hesablarını günün istənilən vaxtı, istənilən yerdən izləmək və idarə etmək imkanı verən “Xalqbank-online” internet bank xidmətindən istifadə etməyi təklif edir.

İnternet Bank nədir?

İnternet Bank xidməti vasitəsilə Siz real vaxt rejimində günün istənilən saatında bank və kart hesablarınızı idarə edə və aşağıdakı əməliyyatları həyata keçirə bilərsiniz:

  • Hesabda qalıq və hesab üzrə əməliyyatlar haqqında məlumat almaq;
  • Hesabdan hesaba manatla olan vəsaitləri köçürmək (Bank daxilində, ölkə daxilində);
  • Ödənişlər və pul köçürmələri həyata keçirmək (kartdan karta, kartdan cari hesaba, cari
  • hesabdan karta);
  • Kartları SMS-məlumatlandırma xidmətinə qoşmaq/xidmətdən ayırmaq;
  • Kartı bloklaşdırmaq;
  • Kreditləri ödəmək;
  • Kommunal xidmətlərin haqqını ödəmək.
  • PIN reset

İnternet Bank sistemi nə dərəcədə təhlükəsizdir? 

İnternet Bank sisteminin təhlükəsizliyi yüksək səviyyədə müdafiə olunur. “Xalqbank-online” rahat və təhlükəsiz internet bank xidmətidir. Bu xidmət vasitəsi ilə bank hesabları üzrə həyata keçirilən bütün əməliyyatlar ASAN İMZA – elektron imza xidməti və təhlükəsizlik protokolları ilə qorunur. Buna baxmayaraq, müştərilərə “Xalqbank-online” xidmətindən təhlükəsiz istifadə qaydalarına riayət etmək tövsiyə olunur.

Qeyd: Bank “Xalqbank-online” xidməti vasitəsilə aparılan əməliyyatlar üzrə müştərilərin iddialarına görə heç bir məsuliyyət daşımır. Bütün məsuliyyət internet bank xidmətinin istifadəçisi olan müştərinin üzərinə düşür.

“Xalqbank-online” xidmətinin istifadəçisi olmaq üçün nə etmək lazımdır?

Sistemə qoşulmaq üçün Xalq Bankın xidmət olunduğunuz filialına yaxınlaşıb zəruri sənədləri rəsmiləşdirmək lazımdır. Bundan sonra Sizə istifadəçi adı veriləcək və bu istifadəçi adı vasitəsilə www.xalqbank-online.az saytında qeydiyyatdan keçib xidmətin geniş imkanlarından faydalana bilərsiniz.

  • Sistemə qoşulmaq üçün Banka müraciət etdiyiniz zaman, şəxsiyyətinizi təsdiq edən sənəd, elektron poçt ünvanınız və mobil telefon nömrənizi təqdim etməyiniz lazımdır;
  • Sistemdən istifadə etmək üçün heç bir əlavə proqram təminatı tələb olunmur. İnternet şəbəkəsinə qoşulmuş cihaz kifayət edir;
  • İnternet Bank sistemindən istifadəni dayandırmaq üçün Ərizə ilə Banka müraciət etməyiniz lazımdır;
  • Xidmətə qoşulma ilə bağlı hər hansı problem yarandığı halda Bankın Müştəri Xidmətləri bölməsinə müraciət edə və ya IB@xalqbank.az elektron poçt ünvanına yaza bilərsiniz.

Tariflər

“Xalqbank-online” xidmətinin istifadəsi PULSUZDUR.

Əməliyyat tarifləri ilə buradan tanış ola bilərsiniz.

İnternet Banka giriş