Onlayn məsləhətçi

Bizə təklif və iradlarınızı bildirin

Sizə zəng edək?

Sizin sifariş uğurla göndərilib.

Bank yaxın vaxtlarda 9:00-dən 18:00-dək müddətdə sizinlə əlaqə saxlayacaq.

Filliallar və bankomatlar

Filliallar və bankomatlar

Bizi tapmaq üçün ən asan yol

Digər xidmətlər

Cari hesab

Gündəlik əməliyyatların həyata keçirilməsi üçün müştərilərə cari hesabın açılmasını təklif edirik

Cari hesab müvəqqəti sərbəst pul vəsaitlərinin yerləşdirilməsi, ölkə daxilində eləcə də xaricində pul köçürmələrinin həyata keçirilməsi üçün sərfəlidir.

Bu hesab üzrə nağd və ya nağdsız qaydada daxil olunan vəsaitləri istənilən vaxt hesabdan çıxara və ya köçürə bilərsiniz.  

Gündəlik əməliyyatların həyata keçirilməsi üçün müştərilərə cari hesabın açılmasını təklif edirik

Cari hesab müvəqqəti sərbəst pul vəsaitlərinin yerləşdirilməsi, ölkə daxilində eləcə də xaricində pul köçürmələrinin həyata keçirilməsi üçün sərfəlidir .

Bu hesab üzrə nağd və ya nağdsız qaydada daxil olunan vəsaitləri istənilən vaxt hesabdan çıxara və ya köçürə bilərsiniz.

Siz istənilən notarial kontorunda cari hesabınızdan qismən və ya tam istifadə etmək hüquqlarını təmin etməklə hər hansı fiziki şəxsin xeyrinə etibarnamə tərtib edə bilərsiniz.
Hesab açdırmaq üçün Sizdən şəxsiyyəti təsdiq edən sənədin təqdim edilməsi və zəruri sənədlərin doldurulması tələb olunur.

Qeyd:

Bütün bank əməliyyatları Azərbaycan vətəndaşının şəxsiyyət vəsiqəsi və ya xarici pasportu (yalnız qeyri-rezidentlər üçün) əsasında həyata keçirilir. Sürücülük vəsiqələri və ya xidməti vəsiqələr şəxsiyyəti təsdiq edən sənədlər hesab olunmur.


Cari hesabın açılmasına və hesaba xidmət göstərilməsinə əsas şərtlər:

  • Hesabın açılması - pulsuz

  • Hesaba ilkin mədaxil– yoxdur

  • Hesabın minimal qalığı – yoxdur

  • Hər günün sonunda cari hesabda qalıq 1 000 000 EUR və ondan artıq olduqda müştəridən illik 0.35% dərəcəsi ilə xidməthaqqı tutulur

  • Hesabın valyutaları – Azərbaycan manatı, ABŞ dolları, Avro

Xaricə pul köçürmələri "Azərbaycan Respublikası rezidentlərinin və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları"na uyğun olaraq həyata keçirilir.

Qeyd:

Bank «Maliyyə hesabları barədə məlumatların avtomatik mübadiləsi haqqında səlahiyyətli orqanlar arasında Çoxtərəfli Razılaşma» çərçivəsində tətbiq edilən Ümumi Hesabatlılıq Standartına (Common Reporting Standard – CRS) uyğun məlumat mübadiləsinin həyata keçirilməsi məqsədilə müvafiq dövlətlərarası müqavilədə/sazişdə nəzərdə tutulan məlumatları həmin sənədlərlə müəyyənləşdirilən qaydada səlahiyyətli dövlət orqanına ötürmək hüququna malikdir. Bu məqsədlə müştəridən Anket formasının doldurulması tələb oluna bilər.

 

 

Kart hesabından fərqli olaraq cari hesaba nağd şəkildə yatırdığınız vəsaitləri komissiya və xidməthaqqı ödəmədən (təqvim ili ərzində) çıxara bilərsiniz. 

Xarici səfirliyə hesabın mövcudluğu haqda arayış təqdim edilərkən cari hesabdan istifadə etmək daha sərfəlidir. Çünki cari hesabın açılması, hesaba vəsaitin daxil edilməsi və çıxarılması təqvim ili ərzində pulsuzdur.

Məsləhətİ göstər