Onlayn məsləhətçi

Bizə təklif və iradlarınızı bildirin

Sizə zəng edək?

Sizin sifariş uğurla göndərilib.

Bank yaxın vaxtlarda 9:00-dən 18:00-dək müddətdə sizinlə əlaqə saxlayacaq.

Filliallar və bankomatlar

Filliallar və bankomatlar

Bizi tapmaq üçün ən asan yol

Kartlar üzrə xidmətlər

Ödəniş kartlarının təhlükəsizliyi

Əfsuslar olsun ki, müasir bank texnologiyalarının inkişafına baxmayaraq oğurluq və dələduzluq hallarından heç kim sığortalanmayıb. Amma bir sıra sadə qaydalara əməl etmək bu halları minimum endirə bilər. Xalq Bank olaraq müştərilərimiz olan kart sahiblərinin diqqətini ödəniş kartlarının istifadəsi zamanı bir sıra təhlükəsizlik tədbirlərinə yönəltmək istərdik.

İlk növbədə ödəniş kartının dələduzluq, oğurluq və itirilmə zamanı Sizi maliyyə itkisindən qorumağa imkan verən bir sıra faydalı mühafizə elementlərini tanıyın:

  • Kart və kart məlumatlarını - kart nömrəsi, CVV və ŞEN kodları  üçüncü səxslərə verməyin;
  • ŞEN kodu kartla bir yerdə saxlamayın, kartın üstündə və ya mobil telefonunuza yazmayın. ŞEN kodu yadda saxlamağa çalışın və zərurət olduqda  ATM  vasitəsilə “PIN change” xidmətindən yararlanıb Sizə uyğun olan kodu  seçin;
  • Kartınızla olan icazəsiz əməliyyatlardan vaxtında xəbərdar olmaq üçün SMS məlumatlandırma, Mobil Bank və İnternet Bank xidmətlərindən istifadə edin. Bu cür əməliyyatlar baş versə, kartınızı dərhal bloklaşdırın və araşdırılması üçün banka müraciət edin;
  • İtirildiyi və ya oğurlandığı halda kartınızı mütləq bloklaşdırın. Bunun üçün 138 Məlumat Mərkəzinə zəng edə bilərsiniz. Kartınız həm də Mobil Bank və İnternet Bank xidmətləri vasitəsilə bloklaşdırıla bilər;
  • Kartın saxlandığı şəraitə diqqət yetirin. Kart mexaniki, temperatur və elektromaqnit təsirlərdən qorunmalı, rütubətdən uzaq saxlanılmalıdır. Ödəniş kartını mobil telefon, məişət və ofis avadanlığı ilə yanaşı saxlamaq olmaz;
  • Bankomata diqqət yetirin, əgər qurğunun klaviaturasının və ya kart qəbuledicisinin üzərində əlavə avadanlıqların quraşdırıldığını müəyyən etdinizsə, həmin bankomatdan istifadə etməyin. Əməliyyat apararkən Bank əməkdaşları da daxil olmaqla, kənar şəxslərin köməyini qəbul etməyin;
  • POS-terminallarda və ATM-də ŞEN kod daxil edərkən, məlumatları kənar şəxslərin görməsini  əngəlləyin;
  • Kart məlumatlarını yalnız tanınmış sertifikasiya mərkəzləri tərəfindən imzalanmış  SSL sertifikatlarla mühafizə  olunan  internet səhifələrində daxil edin. Onlayn ödənişləri  şəxsi  kompüterinizdən həyata keçirin;
  • Onlayn ödənişləri təhlükəsiz etmək məqsədi ilə 3D Secure xidmətinə qoşulun;
  • Onlayn ödənişlər zamanı balansında iri məbləğdə vəsait olan kartınızdan istifadə etməməyə çalışın;