Onlayn məsləhətçi

Bizə təklif və iradlarınızı bildirin

Sizə zəng edək?

Sizin sifariş uğurla göndərilib.

Bank yaxın vaxtlarda 9:00-dən 18:00-dək müddətdə sizinlə əlaqə saxlayacaq.

Filliallar və bankomatlar

Filliallar və bankomatlar

Bizi tapmaq üçün ən asan yol

Kartlar üzrə xidmətlər

Kartla əməliyyatlar üzrə məhdudiyyətlər

Plastik kartlarla əməliyyatlar üzrə məhdudiyyətlər 

 


Əməliyyat

Əməliyyatın növü

 


Əməliyyat üzrə gündəlik limitlər

AZN kartı ilə AZN əməliyyatı

AZN kartı ilə USD/EUR əməliyyatı

USD/EUR kartı ilə AZN əməliyyatı

USD kartı ilə USD  əməliyyatı

EUR kartı ilə EUR  əməliyyatı

Cash by code (ATM vasitəsilə plastik kartdan köçürülən vəsaitin plastik kart olmadan ATM-dən çıxarılması)

mümkündür

mümkündür

mümkündür

mümkündür

500 AZN/USD

CASH-IN/Cash to any card (ATM vasitəsilə kart hesabına mədaxil)

mümkündür

mümkündür

mümkündür

mümkündür

            yoxdur

Card to Card (vəsaitlərin bir kartdan digər karta göndərilməsi)

mümkündür

mümkündür

mümkündür

mümkündür

 yoxdur

Kreditin onlayn ödənişi

mümkündür

mümkündür

mümkündür

mümkündür

 yoxdur

ATM vasitəsilə nağd vəsaitlərin çıxarılması

mümkündür

mümkündür

mümkündür

mümkündür

7 500 AZN/USD/EUR-ya qədər

 

 

 

Xidmətin adı

Konvertasiya üzrə komissiya

Ölkədaxili

Ölkəxarici

ATM və POS Cash

1%

0.5%

Cash-in

1%

-

Cash by Code

1%

-

Cash to Any Card

1%

-

Card to Card

1%

-

Kreditin onlayn ödənişi

1%

0.5%

Ticarət məntəqələrində əməliyyatlar

0.5%

0.5%

Qeyd: 

Xüsusi kart hesabının açılması və bank kartının istifadəyə verilməsi haqqında müqavilənin 3.2.6.-cı yarımbəndinə əsaslanaraq müvafiq müqavilənin 3.2.-ci bəndinə (bankın hüququ) 30 yanvar 2017-ci il tarixdə qüvvəyə minmiş aşağıdakı məzmunda yarımbənd əlavə edilmişdir:

3.2.4-1. Bank üçün zərər vura biləcək şərait, o cümlədən, lakin bununla məhdudlaşmayaraq manatın məzənnəsinin qeyri-sabit olması ilə bağlı şərait yarandıqda XKH üzrə Kartdan istifadə etməklə əməliyyatları tam və ya qismən dayandırmaq, habelə Kart saxlayıcısına həmin əməliyyatların aparılmasından imtina etmək.

Kartdan istifadə etməklə əməliyyatların dayandırıldığı və ya Kart saxlayıcısına onların aparılmasından imtina edildiyi hallarda Bank bu tədbirlərin görülməsindən növbəti iş günündən gec olmayaraq Kart saxlayıcısını Banka təqdim etdiyi axırıncı əlaqə məlumatları üzrə hər-hansı mümkün olan üsulla (telefonla məlumatın verilməsi və ya SMS-məlumatlandırma və ya e-mail və ya qeydiyyata alınan poçt göndərişi yolu ilə) bu barədə məlumatlandırır. 

Qaydalara aşağıdakı məzmunda 1.2.16-cı və 1.2.17-ci yarımbəndlər əlavə edilib:

1.2.16. 3D Secure xidməti - Kart vasitəsilə internet şəbəkəsində əməliyyat həyata keçirən Kart saxlayıcısının əlavə autentifikasiyası üçün beynəlxalq ödəniş sistemləri tərəfindən hazırlanmış təhlükəsizlik standartı.

 1.2.17. 3D Secure şifrəsi – Kart vasitəsilə İnternet şəbəkəsində əməliyyat həyata keçirilən zaman Kart saxlayıcısının eyniləşdirilməsi üçün istifadə olunan məxfi şifrə.

Qaydaların 3.3.-1-ci bəndinə aşağıdakı məzmunda sonuncu sətir əlavə edilib:

3.3-1. 3D Secure xidmətinə qoşulmaqla internet şəbəkəsində aparılan əməliyyatlar  zamanı  3D Secure şifrələrindən istifadə etmək.

Qaydalara aşağıdakı məzmunda 4.11-ci bənd əlavə edilib:

4.11. 3D Secure texnologiyasını dəstəkləyən internet səhifələrdə Bank kartından istifadə etməklə əməliyyatların həyata keçirilməsi zamanı baş verə biləcək fırıldaqçılıq hallarının qarşısının alınması məqsədilə Kart saxlayıcısı Bank kartını 3D Secure xidmətindən istifadə etmək üçün qeydiyyatdan keçirə bilər. Bu zaman nəzərə alınmalıdır ki, 3D Secure texnologiyasını dəstəkləyən internet səhifələrdə əməliyyat aparılan zaman 3D Secure şifrəsi daxil edilmədiyi və ya düzgün daxil edilmədiyi təqdirdə əməliyyat həyata keçirilməyəcəkdir.

3D Secure xidmətindən istifadə qaydaları ilə www.xalqbank.az internet səhifəsi/linki vasitəsilə tanış olmaq mümkündür. 

Qaydalara aşağıdakı məzmunda 4.12-ci bənd əlavə edilib:

4.12. Bununla Kart saxlayıcı təsdiq edir və razılaşır ki, Bank kartı vasitəsilə müəyyən limit həddində ŞEN-kod daxil edilmədən əməliyyatların aparılmasının mümkünlüyü ona məlumdur və Bank tərəfindən qeyd edilən müvafiq limitin maksimal həddi qanunvericiliyin müddəalarına uyğun olaraq birtərəfli qaydada dəyişdirilə bilər.

Bu zaman üzərində xüsusi simvol (bir qayda olaraq qrafik təsviri) olan Bank kartı vasitəsilə ŞEN-kod daxil edilmədən müəyyən olunmuş limitlər həddində  əməliyyatlar təmassız üsulla (Kartın bu ödəniş üsulunu dəstəkləyən Pos-terminala yaxınlaşdırılması yolu ilə) həyata keçirilə bilər.

Belə əməliyyatların limiti barədə aktual məlumat Kart saxlayıcısı tərəfindən Bankın www.xalqbank.az internet səhifəsi vasitəsilə əldə edilə bilər.

Qaydaların 8.1-ci bəndinin birinci sətrində “Bank bu Qaydalara” sözlərindən sonra “onlarda istinad olunan və Kartlar üzrə ayrı-ayrı növ xidmətlərin göstərilməsi qaydasını müəyyən edən qaydalara” sözləri əlavə edilib.