Onlayn məsləhətçi

Bizə təklif və iradlarınızı bildirin

Sizə zəng edək?

Sizin sifariş uğurla göndərilib.

Bank yaxın vaxtlarda 9:00-dən 18:00-dək müddətdə sizinlə əlaqə saxlayacaq.

Filliallar və bankomatlar

Filliallar və bankomatlar

Bizi tapmaq üçün ən asan yol

Kartlar üzrə xidmətlər

SMS-məlumatlandırma

SMS-məlumatlandırma xidməti vasitəsilə Xalq Bankın müştəriləri öz kart hesabları haqda məlumatı Banka və ya bankomata müracət etmədən ala bilərlər. 

SMS-məlumatlandırma xidməti nə deməkdir?

SMS-məlumatlandırma xidməti vasitəsilə Xalq Bankın müştəriləri öz kart əməliyyatları haqda məlumatı Banka və ya bankomata müraciət etmədən ala bilər. Xidmətə qoşulan müştərinin mobil telefonuna kart hesabı üzrə apardığı əməliyyat barədə 24 saat ərzində məlumat daxil olur.

Bundan əlavə, əsas kartın sahibi həm də əlavə kartlar üzrə aparılan əməliyyatlar barədə informasiya almaq üçün bu kartları qeyd olunan xidmətə qoşa bilər. Xidmətə (əsas kartın sahibinin müraciəti əsasında) əlavə kartın sahibi qoşulduqda yalnız sahib olduğu əlavə kart üzrə aparılan bütün əməliyyatlar barədə məlumat ala bilər.

Xidmətdən kim istifadə edə bilər?

SMS-məlumatlandırma xidmətindən Azercell, Bakcell və Nar Mobile abunəçiləri olan Xalq Bankın plastik kart sahibləri istifadə edə bilər.

Qeyd: 

Xalq Bankın plastik kart sahibləri SMS-məlumatlandırma sisteminə qoşulduqları halda onlara AzəriKard prosessinq mərkəzi tərəfindən kartın bitmə müddətinin yaxınlaşdığı  haqda (son ayın 10-u tarixində) bildiriş SMS-i göndəriləcək. 

Xidmətə necə qoşulmaq olar?

  • Bankın filialına gəlib Ərizə yazmaqla, 138 - Məlumat mərkəzinə zəng etməklə və ya Banka gəlmədən Xalq Bankın bankomatları vasitəsilə qoşulmaq mümkündür;
  • Xidmətdən imtina etdikdə Banka Ərizə ilə müraciət və ya 138 Məlumat mərkəzinə zəng etmək kifayətdir.

Tariflər

  • SMS-məlumatlandırma xidmətidən istifadəyə görə müştəridən (hər qoşulduğu kart üçün) 1.18 AZN aylıq abunəhaqqı tutulur;
  • Xidmətdən istifadə zamanı müştərilərə göndərilən SMS-lərə görə mobil rabitə operatorları tərəfindən xidməthaqqı tutulmur.

Bunu bilmək vacibdir!

  • Müştəri Xalq Bankın buraxdığı plastik karta malik olmadığı halda, yeni kart sifariş edib bu Xidmətə qoşula bilər;
  • Plastik kart itirildiyi, oğurlandığı, məhv olduğu və kartın müddəti bitdiyi halda Xidmətin göstərilməsinə xitam verilir və yeni kart sifariş olunduğu zaman həmin plastik kartın Xidmətə qoşulma prosesi yenidən həyata keçirilir;
  • Xidmətə qoşulma ilə bağlı hər hansı problem yarandığı halda, Müştəri Tel.: (012) 598 46 97, (012) 598 43 76 (zənglər pulsuzdur) və ya Bakcell və Azercell nömrələrindən 194, Nar Mobile (012) 194 xarici ölkələrdən (+994 50) 225 28 00 (zənglər ödənişlidir) telefon nömrələri vasitəsi ilə AzəriKard prosessinq mərkəzinin 24 saat ərzində fəaliyyət göstərən Müştəri Xidmətləri bölməsinə müraciət edə bilər.