Onlayn məsləhətçi

Bizə təklif və iradlarınızı bildirin

Sizə zəng edək?

Sizin sifariş uğurla göndərilib.

Bank yaxın vaxtlarda 9:00-dən 18:00-dək müddətdə sizinlə əlaqə saxlayacaq.

Filliallar və bankomatlar

Filliallar və bankomatlar

Bizi tapmaq üçün ən asan yol

Kartlar üzrə xidmətlər

Telefon Bankçılıq

Bizim məhsul və xidmətlərimiz zamanın, eləcə də müştərilərin tələblərinə uyğun formalaşır. Xalq Bank müştərilərə Banka müraciət etmədən, prossesinq şirkətinin operatorunu aramadan, mobil, hətta stasionar telefon vasitəsilə plastik kartı idarə etməyə imkan verir.

Bizim məhsul və xidmətlərimiz zamanın, eləcə də müştərilərin tələblərinə uyğun formalaşır. Xalq Bank müştərilərə Banka müraciət etmədən, prossesinq şirkətinin operatorunu aramadan, mobil, hətta stasionar telefon vasitəsilə plastik kartı idarə etməyə imkan verir.

Telefon Bankçılıq nədir?

Bu xidmət 24 saat ərzində fəaliyyət göstərən AzəriKard prossesinq mərkəzinin Müştəri xidmətlərinə zəng vuran plastik kart sahiblərinə operatora yönəldilməməklə aşaqda qeyd olunan xidmətlərdən yararlanmaq imkanını verir:

  • kartın balansının yoxlanılması;
  • kartın bloklaşdırılması;
  • bloklanmış kartın PİN-kodunun açılması;
  • SMS-məlumatlandırma xidmətinə qoşulma və ya bu xidmətə qoşulan telefon nömrəsinin dəyişdirilməsi.

Kartın eyniləşdirilməsi

Kartın tanınması üçün iki eyniləşdirmə üsulu var:

  • SMS şifrələr vasitəsi ilə eyniləşdirmə (SMS-məlumatlandırma xidmətinin istifadəçilərinə mobil telefona SMS vasitəsi ilə 6 rəqəmli şifrə göndərilir);
  • birdəfəlik şifrələr siyahısından şifrə ilə eyniləşdirmə (siyahını AzəriKardın xidmət etdiyi istənilən bankomatından əldə etmək mümkündür. Bu eyniləşdirmə 3D Secure xidmətinin qeydiyyat və istifadəsi zamanı da istifadə olunur).

Telefon Bankçılıq xidmətinin üstünlükləri

Telefon Bankçılıq xidməti vasitəsi ilə itirilmiş və ya oğurlanmış kartların bloklaşdırılmasını operativ və təhlükəsiz şəkildə 24/7 rejimində həyata keçirmək mümkündür. Bundan əlavə, bu xidmət ATM-də səhvən yığıldığı səbəbindən bloklanmış kartın PİN-kodlarının açılması, kartda mövcud olan balansın öyrənilməsi, SMS-məlumatlandırma xidmətinə qoşulmaq və ya bu xidmətə qoşulmuş mobil nömrələrin dəyişdirilməsi funksiyalarını maksimal rahat şəkildə həyata keçirməklə karta məsafədən nəzarət etmək imkanını yaradır.

Telefon Bankçılıq xidmətindən necə istifadə etməli?

Telefon Bankçılıq xidmətindən istifadə etmək üçün aşağıdakı telefon nömrələrinin birinə zəng vurub, İnteraktiv sisitemın göstərilşlərinə riayət etmək kifayətdir:

  • 194
  • *2273
  • (012) 5984697
  • (012) 5984376

Tariflər

Telefon Bankçılıq xidməti ödənişsizdir.