Onlayn məsləhətçi

Bizə təklif və iradlarınızı bildirin

Sizə zəng edək?

Sizin sifariş uğurla göndərilib.

Bank yaxın vaxtlarda 9:00-dən 18:00-dək müddətdə sizinlə əlaqə saxlayacaq.

Filliallar və bankomatlar

Filliallar və bankomatlar

Bizi tapmaq üçün ən asan yol

Kredit kartı

Xalq Bankın bütün kredit kartlarının sahibləri 35 günlük faizsiz kredit xəttindən faydalanmaq imkanı qazanırlar.

Kredit xəttinin məbləği plastik kartın növündən asılıdır və 500 - 50 000 AZN valyutalarında ayrılır.

Məlumat üçün bildirmək istərdik ki, müştəri istifadə etdiyi məbləği növbəti təqvim ayının 5-dək ödəyərsə, kreditə görə faiz hesablanmır. Bununla da faizsiz kreditin müddəti maksimum 35 gün təşkil edir. İstifadə olunan məbləğ növbəti ayın 5-dək ödənilməsə, növbəti gündən etibarən borc qalığı məbləğinə illik 16 - 20% dərəcəsi ilə faiz hesablanır.

 

Kreditin məbləği

Minimal məbləğ: 500 AZN

Maksimal məbləğ: 50 000 AZN

Müddət

2-12 ay

Komissiya

0.1%  (min. – 10 AZN,
maks. – 1 000 AZN)

Faiz dərəcəsi

16 - 20%

 

Təminat

Bir fiziki və ya hüquqi
şəxsin zaminliyi

Daşınmaz əmlakın girovu

Borcalana və zaminə qarşı tələblər

Yaş həddi

Qadınlar üçün - 65 yaşadək 

Kişilər üçün - 65 yaşadək 

Son iş yerində minimal əmək stajı

6 ay

Digər tələblər

Borcalanın mənfi kredit tarixçəsinin olmaması


Zamin hüquqi şəxs olduqda yuxarıda göstərilən tələbdən əlavə, zaminin bütün cari hesabları üzrə ümumi pul dövriyyəsinin məbləği son 12 ay ərzində rübdə 15 000 AZN-dən az olmamalıdır.

Borcalan və zamin (fiziki şəxs) tərəfindən tələb olunan sənədlər

  • Borcalanın kredit sifarişi (Bank tərəfindən təsdiq edilmiş formada);
  • Borcalan və Zaminin (zaminlik rəsmiləşdirildikdə) şəxsiyyətini təsdiq edən sənədlər (şəxsiyyət vəsiqəsi və ya onu əvəz edən sənədlər);
  • Borcalanın və Zaminin gəlirləri haqda arayış:

 - Şəxs muzdlu işçidirsə: tutduğu vəzifə və faktiki gəlirləri haqda iş yerindən arayış

 - Şəxs fərdi sahibkardırsa: dövlət qeydiyyatı haqda şəhadətnamənin surəti və vergi orqanının qeydi ilə son 2 rüb üzrə bəyannamə

  • Hərbi xidmət haqqında sənəd (18 - 26 yaş arası olan kişilər üçün).

Hüquqi şəxs olan zamin tərəfindən təqdim edilən sənədlər

  • Hüquqi şəxsin hüquqi sənədləri;
  • Son 12 ay ərzində bank hesablarından çıxarış (aylara bölünməklə);
  • Ali idarəetmə orqanının qərarı - iclas protokolu.

 

Kreditin təmin olunması ilə bağlı qərar qəbul etmək üçün Bank əlavə məlumat, eləcə də bu məlumatı təsdiq edən zəruri sənədləri tələb etmək hüququna malikdir.