Pul köçürməsini necə göndərmək olar?
- Şəxsiyyət vəsiqəsini təqdim etmək;
- Pulu alacaq şəxsin məlumatlarını göstərməklə, "Pul vəsaitlərinin köçürülməsi üçün Ərizə"ni doldurmaq;
- Göndərilən pul məbləğini təqdim etmək və komisiyon haqqını ödəmək;
- Üzərində pul köçürməsinin nəzarət nömrəsi olan blankı almaq;
- Pul köçürməsinin məbləğini və nəzarət nömrəsini köçürməni alan şəxsə bildirmək.
Pul köçürməsini necə almaq olar?
- Şəxsiyyət vəsiqəsini təqdim etmək;
- Pul vəsaitini göndərən şəxsin və yaşadığı şəhərin və ölkənin adını, köçürmənin məbləğini, nəzarət nömrəsini göstərməklə, "Pul vəsaitlərinin alınması üçün Ərizə"ni doldurmaq;
- Köçürmənin mövcud olduğunu və qeyd olunan məlumatların uyğunluğu yoxlanıldıqdan sonra pul köçürməsini və qəbzi almaq.
Pul köçürmələrinin göndərilməsi və alınması ABŞ dollarında yerinə yetirilir.
Pul köçürmə əməliyyatının yerinə yetirilməsi üçün köçürməni göndərən müştəri Western Union sisteminin tariflərinə uyğun olaraq köçürməni göndərən banka komissiya haqqı ödəyir.
Pul köçürmələri "Azərbaycan Respublikası rezidentlərinin və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları"na uyğun olaraq yerinə yetirilir.