Zolotaya Korona sisteminin üstünlükləri:
- Köçürmələrin geniş coğrafiyası (MDB və uzaq xaric);
- Sərfəli tariflər;
- Köçürmə müddəti cəmi 1 dəqiqə təşkil edir;
- Təhlükəsizlik;
- Rahat rəsmiləşdirmə qaydaları.
Pul köçürməsini necə göndərmək olar?
- Şəxsiyyət vəsiqəsini təqdim etmək;
- Pulu alacaq şəxsin məlumatlarını əməliyyatçıya bildirmək və "Pul vəsaitlərinin köçürülməsi üçün Ərizə"ni imzalamaq;
- Göndərilən pul məbləğini və komisyon haqqını ödəmək;
- Üzərində pul köçürməsinin nəzarət nömrəsi olan blankı almaq;
- Pul köçürməsinin məbləğini və nəzarət nömrəsini köçürməni alan şəxsə bildirmək.
Pul köçürməsini necə almaq olar?
- Şəxsiyyət vəsiqəsini təqdim etmək;
- Pul vəsaitini göndərən şəxsin yaşadığı şəhərin və ölkənin adını, köçürmənin məbləğini, nəzarət nömrəsini əməliyyatçıya bildirmək;
- Köçürmənin mövcudluğu və qeyd olunan məlumatların uyğunluğu yoxlanıldıqdan sonra "Pul vəsaitlərinin alınması üçün Ərizə"ni imzalayaraq pul köçürməsini və qəbzi almaq;
Pul köçürmələri "Azərbaycan Respublikası rezidentlərinin və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları"na uyğun olaraq yerinə yetirilir.