Onlayn məsləhətçi

Bizə təklif və iradlarınızı bildirin

Sizə zəng edək?

Sizin sifariş uğurla göndərilib.

Bank yaxın vaxtlarda 9:00-dən 18:00-dək müddətdə sizinlə əlaqə saxlayacaq.

Filliallar və bankomatlar

Özünüməşğulluq proqramı

Xalq Bank dövlət proqramına dəstəyini davam etdirir

ASC “Xalq” Bankı həssas əhali qruplarının özünüməşğulluğunun təşkili istiqamətində həyata keçirilən dövlət proqramında iştirakını davam etdirir. Cari il ərzində Bank tərəfindən Cəlilabad, Gəncə, Göyçay, Lənkəran, Mingəçevir, Neftçala, Qazax, Quba, Şabran, Şamaxı, Şəki, Şirvan, Tovuz, Xaçmaz, Yevlax, Zaqatala rayonlarında və Bakı şəhərində sosial müdafiəyə xüsusi ehtiyacı olan işsiz şəxslərə, aztəminatlı ailələrə, məcburi köçkünlərə 40-dan çox kiçik biznes və təsərrüfatların qurulması üçün əvəzsiz olaraq material, avadanlıq və digər aktivlər təqdim edilib.

Bankın proqrama dəstəyi sayəsində Qazaxda və Şabranda arıçılıq; Mingəçevir və Mərdəkan qəsəbəsində quşçuluq; Quba və Lənkəranda un məmulatları istehsalı;  Tovuz və Xaçmazda plastik qapı-pəncərə istehsalı; Zaqatalada avtomobil təmiri; Cəlilabad, Şəki, Yevlax və Neftçalada heyvandarlıq təsərrüfatlarının yaradılması mümkün olub.

Qeyd edək bu tədbirlər, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Banklar Assosiasiyası arasında həssas əhali qruplarının özünüməşğulluğunun təşkilinə köməklik göstərilməsi sahəsində əməkdaşlığa dair Memorandum çərçivəsində həyata keçirilir.

Xalq Bank 2021-ci ildə də ölkənin bütün bölgələrində həssas əhali qruplarının özünüməşğulluğunun təşkili istiqamətində tədbirlər icra etməyi planlaşdırır.

 


Warning: Invalid argument supplied for foreach() in /var/www/html/site/assets/cache/FileCompiler/site/templates/bank_page.php on line 73