Onlayn məsləhətçi

Bizə təklif və iradlarınızı bildirin

Sizə zəng edək?

Sizin sifariş uğurla göndərilib.

Bank yaxın vaxtlarda 9:00-dən 18:00-dək müddətdə sizinlə əlaqə saxlayacaq.

Filliallar və bankomatlar

Ən çox verilən suallar

1. Qeydiyyatdan necə keçə bilərəm?

Xalqonline.az və ya yüklənmiş XalqOnline Mobil tətbiqinin giriş səhifəsinin “Qeydiyyat” bölməsində müvafiq məlumatları daxil etməklə Xalqonline sistemində qeydiyyatdan keçə bilərsiniz.

Qeydiyyat zamanı daxil etdiyiniz mobil nömrə banka təqdim etdiyiniz mobil nömrə ilə eyni olmalıdır.

Qeydiyyat yalnız bankın müştəriləri üçün mümkündür. Bunun üçün siz bankımızın istənilən filialına yaxınlaşaraq cari hesab, plastik kart və s. məhsullarımızı sifariş etməklə müştərimiz ola bilərsiniz.

2. Şifrəmi necə bərpa edə bilərəm?

XalqOnline internet bankçılıq və mobil tətbiqinin “Şifrəmi unutdum” bölməsində loqin və telefon nömrənizi daxil etməklə şifrənizi bərpa edə bilərsiniz.

4. Mən Misal MMC-nin direktoruyam. Baş mühasib, mühasib köməkçisi (və ya digər əməkdaşlar) üçün şirkət hesablarına nəzarəti məqsədi ilə müstəqil profilin yaradılması mümkündürmü?

Bəli, mümkündür. Şirkətin bir neçə əməkdaşına   fərqli səlahiyyət dərəcəsi ilə profillər yaradıla bilər. Səlahiyyət dərəcəsindən asılı olaraq siz həmin -əməkdaşlara sənəd yaratmaq və yaxud sadəcə baxış imkanı -ayıra bilərsiniz (Sənədi imzalamaq hüququ isə yalnız şirkətin VÖEN-i üzrə verilmiş ASAN imza sertifikatlı mobil nömrə ilə mümkündür).

6. XalqOnline internet bankçılıq səhifəsindən yaratdığım sənədi mobil tətbiq vasitəsi ilə imzalaya bilərəm?

Bəli, mümkündür.

XalqOnline platformasında mobil və WEB interfeysləri, fiziki və hüquqi şəxs profilləri vahid sistem altında birləşmişdir. Fiziki və hüquqi şəxs profilləri arasında –sadəcə profil seçimi etməklə keçid edə bilərsiniz.

XalqOnline internet bankçılıq vasitəsilə gördüyünüz işləri mobil tətbiqdə (və yaxud əksinə) dəvam edə bilərsiniz.

11. XalqOnline vasitəsi ilə icra etdiyim ödənişlərin və köçürmələrin şablonlarını yaratmaq mümkündürmü?

Xalqonline internet bankçılıq və mobil tətbiq üzərindən icra etdiyiniz və yaratdığınız bütün növ ödənişlərin və köçürmələrin şablonlarını yarada bilərsiniz.

Şablonların idarə edilməsi üçün İnternet bankçılıq səhifəsində “Şablonlar” bölməsi, Mobil tətbiq üzərindən isə “Əməliyyatlar” bölməsinə keçid edə bilərsiniz.