Broker əməliyyatları

Qiymətli kağızlar bazarında göstərdiyimiz xidmətlərin keyfiyyətinin ən yüksək səviyyəyə çatdırılması müştərilərə peşəkar broker xidməti təqdim edən "Xalq Kapital İnvestisiya Şirkəti” QSC-nin prioritet vəzifəsidir.

Xalq Kapital İnvestisiya Şirkəti müştərilərə qiymətli kağızlar bazarının peşəkar fəaliyyət sahələri olan Broker və Diler xidmətləri göstərir. Müəssisənin əməkdaşlarının yüksək peşəkarlığı və maddi-texniki bazasının yüksək səviyyədə təchiz olunması, təqdim olunan peşəkar fəaliyyət sahələri üzrə “Xalq Kapital İnvestisiya Şirkəti” QSC-ni ölkədə qiymətli kağızlar bazarında aparıcı şirkətlərdən biri kimi hesab etməyə əsas verir.

2007-ci ildə Bankın törəmə müəssiəsi kimi təsis edilmiş "Xalq Kapital" MMC 2016-cı ildən "Xalq Kapital İnvestisiya Şirkəti" QSC kimi fəaliyyyətini davam etdirməkdədir. Şirkət Bakı Fond Birjasının üzvü və səhmdarıdır. Müəssisə həm yerli, həm də xarici hüquqi və fiziki şəxslərə öz xidmətlərini təqdim edir.

Şirkət Broker fəaliyyəti üzrə fiziki və hüquqi şəxslərə Mərkəzi Bankın Notları, Maliyyə Nazirliyinin istiqrazları, Korporativ istiqrazlar və səhmlərin alqı-satqısı, diler fəaliyyəti üzrə isə müəssisələrin nizamnamə kapitalının artırılması və istiqrazlarının yerləşdirilməsi xidmətlərini göstərir.

Broker və diler xidmətləri

Broker fəaliyyəti müştərinin hesabına tapşırıq və ya komisyon müqaviləsi əsasında müvəkkil və ya komisyonçu kimi fəaliyyət göstərən, həmin müştərinin mənafeyi üçün qiymətli kağızlarla alqı-satqı əqdlərinin bağlanması üzrə qiymətli kağızlar bazarında peşəkar fəaliyyətdir.

Diler fəaliyyəti öz adından və öz hesabına əvvəlcədən kütləvi elan olunmuş alış və/və ya satış qiymətləri ilə qiymətli kağızlar üzrə alqı-satqı əqdlərinin bağlanması üzrə qiymətli kağızlar bazarında peşəkar fəaliyyətdir. Kütləvi elan açıq elan formasında edilmiş təklifdir.

Broker əməliyyatları