Faktorinq və Forfeytinq

Xalq Bank öz biznes tərəfdaşları ilə birgə inkişaf edir və onlara daim əlverişli şərtlərlə maliyyə dəstəyi göstərir. Biz tərəfdaşlarımızın dövriyyə vəsaitlərini azaltmadan asanlıqla ticarət əməliyyatları həyata keçirməsi üçün geniş imkanlar yaradırıq.

Təklif etdiyimiz Faktorinq və Forfeytinq xidmətləri alqı-satqı zamanı şirkətlər tərəfindən istifadə edilə bilər. Bu xidmətlər istehsal, tikinti, xidmət, satış və digər sahələrdə fəaliyyət göstərən şirkətlər üçün əlverişli maliyyələşmə alətidir.

Faktorinq şirkətlərin və fərdi sahibkarların dövriyyə vəsaitlərinin maliyyələşdirilməsi məqsədilə alıcıya qarşı pul tələbi hüququnun Banka güzəşt etməsinə deyilir. Başqa sözlə, satıcı agent müqaviləsi üzrə pərakəndə satışa yönəltdiyi malların dəyəri faktor (Bank) tərəfindən bu malların faktiki satışından əvvəl ödənilir. Alıcı isə bu vəziyyətdə aldığı malların dəyərini qısa zamanda ödəmək məcburiyyətindən azad olur. Hər iki tərəf mümkün riskləri minimallaşdırır, biznes əməliyyatlarının fasiləsizliyini təmin edir və dövriyyə vəsaitlərini artırır.

Faktorinq xidmətinin üstünlükləri:

  • Ticarət əməliyyatlarının aparılması zamanı ödəniş risklərinin azalması;

  • Fasiləsiz istehsal prosesinin və ticarət əməliyyatlarının aparılması imkanı;

  • Debitor borclarının 90%-dək həcmində nağd vəsaitlərin tez əldə olunması;

  • Dövriyyə vəsaitlərinin artımı, əlverişli şərtlərlə maliyyələşmə;

  • Uzunmüddətli ödəniş şərtləri və maliyyələşmə;

  • Təchizatçı və Alıcı şirkətlər arasında etibarlı tərəfdaşlıq münasibətləri.

Bank tərəfindən alıcının ticarət əməliyyatları üzrə borc öhdəliklərinin satıcılardan alınması yolu ilə ticarət əməliyyatlarının kreditləşdirilməsi forması – forfeytinq adlandırılır. Forfeytinqdən xarici ticarət əməliyyatlarının kreditləşdirilməsində geniş istifadə olunur. Forfeytinq sövdələşməsi zamanı forfeytor (Bank) idxalçı, borcalan və yaxud alıcının ixracatçı, kreditor və yaxud satıcı qarşısında yaranmış kommersiya öhdəliklərini (borc) qəbul edir (ödəyir). Forfeytor, faizlər çıxılmaqla veksellərin bütün məbləğini satıcıya ödəyir və əməliyyat üzrə risklərin satıcıya yönəldilməyəcəyi ilə razılaşır. Forfeytor ödəniş müddəti çatana qədər vekselləri özündə saxlaya bilər, yaxud başqa forfeytinq firmasına sata bilər.

Qeyd: Faktorinq və Forfeytinq əməliyyatları üzrə şərtlər müştərilərin Banka müraciəti əsasında fərdi qaydada razılaşdırılır.

Faktorinq və Forfeytinq