6 May 2025

Xalq Bankdan sahibkar və hüquqi şəxslərə Mastercard Business kartı hədiyyə!

Xalq Bankdan sahibkar və hüquqi şəxslərə Mastercard Business kartı hədiyyə!

Xalq Bank fərdi sahibkar və hüquqi şəxs müştəriləri üçün yeni kampaniyaya start verir. 31 iyuladək davam edəcək kampaniya müddəti ərzində müştərilər Xalq Bankın təqdim etdiyi Mastercard Business ödəniş kartını pulsuz əldə edə biləcəklər. Mastercard Business kartı özündə həm nağd, həm nağdsız ödəniş imkanlarını birləşdirməklə sahibkarların əvəzedilməz biznes alətidir. Bu kart vasitəsilə ezamiyyət, kommunal, gömrük və digər xərclərin, eyni zamanda onlayn alışların ödənişlərini həyata keçirmək, dünyanın istənilən yerində vəsait nağdlaşdırmaq mümkündür.

Kart üzrə əməliyyatlara nəzarət və müxtəlif əməliyyat limitlərinin tənzimlənməsini isə müasir və funskional XalqOnline mobil və internet bankçılıq sistemi vasitəsilə həyata keçirmək mümkündür.

Kampaniya çərçivəsində müştərilər AZN, USD, EUR, GBP valyutalarında Mastercard Business kartını pulsuz əldə edə bilərlər. Kartı Xalq Bankın filiallarında, yaxud XalqOnline kabineti üzərindən onlayn sifariş etmək mümkündür.

Kampaniya 01.11.2024 - 30.04.2025 tarixləri aralığında Xalq Bankdan korporativ kart əldə etməmiş müştərilərə şamil edilir.