Онлайн консультант

Ваши жалобы и предложения

Вам позвонить?

Ваш заказ успешно отправлен

В ближайшее время с 9:00 до 18:00 банк свяжется с вами

Filliallar və bankomatlar

Филиалы и Банкоматы

Быстрый способ найти нас

Вакансии

İnformasiya texnologiyaları idarəsi

Vəzifə:  İnformasiya Texnologiyaları İdarəsinin Sistemlərin və şəbəkənin idarə edilməsi şöbəsi –  Oracle Verilənlər Bazası inzibatçısı (Oracle Database Administrator)

  İş qrafiki:  09:00 - 18:00 / Bazar ertəsi - Cümə

  Şəhər:  Bakı

  NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:

  • Ali (magistr) texniki təhsil;
  • Oracle DBA və Oracle Weblogic administrator olaraq ən azı 2 (iki) illik təcrübə;
  • Oracle verilənlər bazası və əlaqəli tool-lar ilə işləmə bacarığı;
  • Oracle Weblogic və əlaqəli tool-lar, həmçinin Oracle Forms ilə işləyə bilmək;
  • Linux əməliyyat sistemini ən azı Oracle database administrator-a lazım olacaq səviyyədə bilmək;
  • Oracle verilənlər bazası performansının tənzimlənməsi və monitorinqi bacarığı;
  • Oracle Database backup və recovery bilmək;
  • Oracle RAC və Data Guard texnologiyasını yaxşı bilmək;
  • Bu sahədə sertifikatlara sahib olan namizədlər arzuolunandır;
  • Yüksək daxili fərdi keyfiyyətlər, şifahi və yazılı ünsiyyət bacarığı;
  • Komandada işləmək bacarığı.

  İŞİN TƏSVİRİ:

 

  • Oracle verilənlər bazası inzibatçılığı;
  • Oracle Weblogic inzibatçılığı.

Qeyd: Tələblərə uyğun olmayan və mail-də "Mövzu" qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan CV-lərə baxılmayacaq. CV-lər azərbaycan dilində, Xalq Bankın CV formasını doldurmaqla göndərilməlidir.

 

Əlaqə vasitələri :

E - mail :        cv@xalqbank.az

Telefon:          (012) 404 43 39

Faks:              (012) 404 43 34

 

Vəzifə: İnformasiya Texnologiyaları İdarəsinin Sistemlərin və şəbəkənin idarə edilməsi şöbəsi – Sistem Administratoru

İş qrafiki: 09:00 - 18:00 / Bazar ertəsi - Cümə

Şəhər: Bakı

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:

  • Ali (magistr) texniki təhsil;
  • Azərbaycan dilini mükəmməl səviyyədə bilmək (rus və ingilis dilini yaxşı səviyyədə bilmək arzuolunandır);
  • Hərbi xidməti bitirənlər və ya uzun müddətli möhlət hüququ olanlar;
  • Tələb olunan sahə üzrə minimum 3 (üç) il iş təcrübəsi;
  • LAN/WAN texnologiyaları üzrə mükəmməl bilik;
  • Cisco (switch, router, firewall) avadanlıqları üzrə konfiqurasiya, sazlanması və quraşdırılması üzrə iş təcrübəsi;
  • Cisco sertifikatların movcudluğu (CCNA arzuolunandır);
  • Komandada işləmək bacarığı;
  • İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti.

İŞİN TƏSVİRİ:

  •  LAN/WAN şəbəkəsi və İT infrastrukturunun dizaynı, quraşdırılması və yaranan problemlərin aradan qaldırılması;Şəbəkə avadanlıqlarının (Cisco router, switch, və s.)   funksionallığını maksimum səviyyədə artırmaq, təhlükəsizlik üçün ətraflı icra planlarını hazırlamaq;
  •  Router, Switch və Fierwall-ları Bankın təhlükəsizlik standartlarına uyğun olaraq hazırlamaq;
  •  Şəbəkə problemlərini müəyyən edib həll etmək
  •  Monitorinq sistemi vasitəsilə infrastruktur elementlərinin konfiqurasiyası və monitorinqini aparmaq;
  •  Şəbəkənin yüklənilməsi və trafikin optimallaşdırılması
  •  Avadanlıq və proqram təminatı sistemləri, o cümlədən yeni sistemlərin quraşdırılması və sənədləşdirilməsi;
  •  İT prosedurları və siyasəti çərçivəsində digər öhdəlikləri icra etmək.

 

Qeyd: Tələblərə uyğun olmayan və mail-də "Mövzu" qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan CV-lərə baxılmayacaq. CV-lər azərbaycan dilində, Xalq Bankın CV formasını doldurmaqla göndərilməlidir.

 

Əlaqə vasitələri :

E - mail :        cv@xalqbank.az

Telefon:          (012) 404 43 39

Faks:              (012) 404 43 34