Онлайн консультант

Ваши жалобы и предложения

Вам позвонить?

Ваш заказ успешно отправлен

В ближайшее время с 9:00 до 18:00 банк свяжется с вами

Filliallar və bankomatlar

Филиалы и Банкоматы

Быстрый способ найти нас

Вакансии

Kredit İdarəsi

        Vəzifə: Kredit İdarəsinin Kredit məhsulu və biznes proseslərinin təhlili şöbəsinin mütəxəssisi

                İş qrafiki: 09:00 - 18:00 / Bazar ertəsi - Cümə

                Şəhər: Bakı

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:

  • İqtisadiyyat və ya tətbiqi riyaziyyat üzrə magistr təhsilin olması;
  • Bank sahəsində (kredit məhsullarının yaradılması və biznes proseslərin idarə olunmasında) minimum 2 il iş təcrübəsi;
  • Peşəkar səviyyədə MS Office, xüsusilə MS Visio-dan istifadə bacarığı;
  • Analitik düşüncə, novatorluq və yüksək təqdimat bacarığı;
  • Təşəbbüskarlıq və komandada işləmə bacarığı;
  • Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün);
  • Xarici dil bilikləri (rus və ingilis) arzu olunandır.

İŞİN TƏSVİRİ:

  • Yeni kredit məhsullarının işlənib hazırlanmasının və tətbiqinin həyata keçirilməsi, mövcud olan biznes proseslərin təhlili və təkmilləşdirilməsi üzrə təkliflərin verilməsi;
  • Müəyyən edilmiş və ya optimallaşdırılması təklif olunan biznes proseslər üzrə metodologiyanın və texniki tapşırıqların yazılması, biznes proseslərin xəritəsinin və blok-sxeminin hazırlanması;
  • Kredit məhsulları üzrə yeni satış kanallarının  yaradılması, mövcud satış kanallarının inkişaf etdirilməsi, rəqabətqabiliyyətliliyini itirmiş kredit məhsullarının şərtlərinin dəyişdirilməsi və ya ləğv olunması barədə təkliflərin verilməsi;
  • Bankın kredit məhsulları üzrə biznes proseslərın avtomatlaşdırılmasına və Bankın proqram təminatın optimallaşdırılmasına dair təkliflərin verilməsi və proseslərin avtomatlaşdırılması üzrə testlərin icra edilməsi;
  • Yeni kredit məhsullarını işlənib hazırlanmasını, tətbiqini və biznes proseslərin optimallaşdrılmasının Bankın digər struktur bölmələri ilə əlaqəlı şəkildə təşkil edilməsi;
  • Bankın kredit portfelinin keyfiyyətli artımının təmin edilməsi məqsədilə bazarda kredit ehtiyaclarının araşdırılması və yeni kredit məhsullarının bazar dəyərinin və effektivliyinin müəyyən edilməsi üçün analitik həllərinn tətbiq edilməsi.

Qeyd:  Tələblərə uyğun olmayan və mail-də "Mövzu" qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan "CV"lərə baxılmayacaq. CV-lər azərbaycan dilində, Xalq Bankın CV formasını doldurmaqla göndərilməlidir.

Əlaqə vasitələri:

E-mail:   cv@xalqbank.az

Telefon:  (012) 404 43 39

Faks:      (012) 404 43 34

         Vəzifə: Kredit İdarəsinin Hesabatlıq şöbəsinin mütəxəssisi

                   İş qrafiki: 09:00 - 18:00 / Bazar ertəsi - Cümə

                   Şəhər: Bakı

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:

  • Maliyyə, menecment, iqtisadiyyat və ya hüquq istiqaməti üzrə magistr təhsilin olması;
  • Bankda Kredit sahəsində, xüsusilə hesabatların hazırlanması sahəsində minimum 3 il iş təcrübəsi;
  • Bank qanunvericiliyi və AR Mərkəzi Bankının normativ aktları ilə yaxından tanışlıq;
  • Peşəkar səviyyədə MS Office, xüsusilə MS Excel-dən istifadə bacarığı;
  • Analitik düşüncə və detallara fikirvermə qabiliyyəti;
  • Stressə davamlılıq və komandada işləmə bacarığı;
  • Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün);
  • Xarici dil bilikləri (rus və ingilis) arzu olunandır.

         İŞİN TƏSVİRİ:

  • Dövrlər üzrə (aylıq, rüblük, illik) Bankdaxili hesabatların və digər statistik məlumatların hazırlanaraq təqdim edilməsi;
  • Bankın bütün struktur bölmələri və filialları ilə qarşılıqlı əlaqə yaradaraq, kredit portfeli haqqında məlumatların və digər hesabatların əldə olunması;
  • Bankın Filialları tərəfindən Baş ofisə təqdim edilən hesabatların yoxlanılması və ümumiləşdirilmiş hesabatlara daxil edilməsi;
  • Nəzarət orqanlarına və digər orqanlara təqdim olunan hesabatların hazırlanması;
  • Mövcud hesabatların yenilənməsi və hazırlanma prosesinin optimallaşdırılması üçün təkliflərin verilməsi.
  • Kredit reyestləri və büroları (MKR, AKB) üzrə məlumat mübadiləsinin təşkili.

Qeyd:  Tələblərə uyğun olmayan və mail-də "Mövzu" qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan "CV"lərə baxılmayacaq. CV-lər azərbaycan dilində, Xalq Bankın CV formasını doldurmaqla göndərilməlidir.

Əlaqə vasitələri:

E-mail:   cv@xalqbank.az

Telefon:  (012) 404 43 39

Faks:      (012) 404 43 34

           Vəzifə:  Kredit İdarəsinin Fond və maliyyə təşkilatlarının kreditləri ilə iş şöbəsinin mütəxəssisi

                      İş qrafiki: 09:00 - 18:00 / Bazar ertəsi - Cümə

                       Şəhər: Bakı  

            NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:

  • Maliyyə, menecment, iqtisadiyyat və ya hüquq istiqaməti üzrə magistr təhsilinin olması;
  • Bankda Kredit sahəsində (Biznes və Fond kreditləri sahəsində iş təcrübəsi arzuolunandır) minimum 3 il iş təcrübəsi;
  • Peşəkar səviyyədə MS Office, xüsusilə MS Excel-dən istifadə bacarığı;
  • Analitik düşüncə və detallara fikir vermə qabiliyyəti;
  • Stressə davamlılıq və komandada işləmə bacarığı;
  • Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün);
  • Xarici dil bilikləri (rus və ingilis) arzuolunandır.

             İŞİN TƏSVİRİ:

  • Bankın əməkdaşlıq etdiyi Fondların elektron sistemləri üzrə işlərin aparılması;
  • Bankın əməkdaşlıq etdiyi Fond kreditləri üzrə Kredit İdarəsinə daxil olmuş müraciətlərin təhlili;
  • Aparılmış maliyyə-iqtisadi analizin tamlığının, keyfiyyətinin təhlil edilməsi, kredit rəyinin tərtib edilməsi və kredit sifarişinin bütün tələb olunan sənədlərlə birlikdə kredit komitəsinin müzakirəsinə çıxarılması;
  • Bankın kredit əməliyyatlarını maliyyələşdirən dövlət təşkilatları, xarici banklar, beynəlxalq maliyyə təşkilatları, ixrac agentlikləri, Azərbaycan Respublikası qeyri-dövlət maliyyə təşkilatları və digər təşkilatlarla əməkdaşlıq edilməsi, danışıqların aparılması, müxtəlif layihələrin hazırlanmasında iştirak, daxil olmuş sorğular əsasında lazımi sənədlərin hazırlanması və onlara təqdim olunması;
  • Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun, Sahibkarlığın İnkişafı Fondunun və Bankın Daxili İpoteka məhsulları üzrə filialların kredit bölmələrinin əməkdaşlarına lazımi məsləhətlərin verilməsi və onların bu sahədə işinə nəzarət;
  • Bankın kredit portfelinin keyfiyyətinin artırılması məqsədilə müxtəlif mənbələrdən məlumatlar əldə edilməklə müxtəlif ssenarilərin  təhlili və simulyasiya edilməsi.

Qeyd:  Tələblərə uyğun olmayan və mail-də "Mövzu" qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan "CV"lərə baxılmayacaq. CV-lər azərbaycan dilində, Xalq Bankın CV formasını doldurmaqla göndərilməlidir.

Əlaqə vasitələri:

E-mail:   cv@xalqbank.az

Telefon:  (012) 404 43 39

Faks:      (012) 404 43 34

Vəzifə:  Kredit İdarəsinin Biznes və istehlak kreditlərinin təhlili şöbəsinin mütəxəssisi

               İş qrafiki: 09:00 - 18:00 / Bazar ertəsi - Cümə

               Şəhər: Bakı

 NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:

  • Maliyyə, menecment, iqtisadiyyat və ya hüquq istiqaməti üzrə magistr təhsilinin olması;
  • Bankda Kredit sahəsində (Biznes kreditləri sahəsində iş təcrübəsi arzuolunandır) minimum 3 il iş təcrübəsi;
  • Peşəkar səviyyədə MS Office, xüsusilə MS Excel-dən istifadə bacarığı;
  • Maliyyə hesabatlarının oxuma və təhlil etmə bacarığı;
  • Stressə davamlılıq, komandada işləmə bacarığı;
  • Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün);
  • Xarici dil bilikləri (rus və ingilis) arzuolunandır.

        İŞİN TƏSVİRİ:

  • Kredit İdarəsinə daxil olmuş istehlak,  biznes və fond krediti müracətlərini almaq və təhlil edilməsi;
  • Əldə olunmuş məlumatlar əsasında Borcalanların ödəmə qabiliyyətinin qiymətləndirilməsi, kredit rəyinin  tərtib edilməsi keyfiyyətinin və aparılmış maliyyə-iqtisadi araşdırmanın tamlığının təhlil edilməsi;
  • Daxil olunmuş müraciətlərinin lazımi tələblərə və limitlərə cavab verməsinə nəzarət edilməsi və müvafiq tələblərə cavab verməyən sənədlərin geri qaytarılması;
  • Kredit üzrə müraciətlərə Kredit komitəsində baxılması üçun sifarişlərin məqsəduyğunluğu barədə vahid rəyin hazırlanması;
  • Kredit İdarəsi iclasının gündəliyini hazırlanması və razılaşdırılmaya göndərilmiş müraciətlərin aktlaşdırılması;
  • Bankın filiallarının Kredit bölmələrinin əməkdaşlarına maliyyə təhlili üzrə lazımi məsləhətlərin verilməsi və onların işinə nəzarət edilməsi;
  • Bankın kredit portfelinin keyfiyyətinin artırılması məqsədilə müxtəlif mənbələrdən məlumatlar əldə edilməklə müxtəlif ssenarilərin  təhlili və simulyasiya edilməsi.

Qeyd:  Tələblərə uyğun olmayan və mail-də "Mövzu" qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan "CV"lərə baxılmayacaq. CV-lər azərbaycan dilində, Xalq Bankın CV formasını doldurmaqla göndərilməlidir.

Əlaqə vasitələri:

E-mail:   cv@xalqbank.az

Telefon:  (012) 404 43 39

Faks:      (012) 404 43 34

Vəzifə: Kredit İdarəsinin Monitorinq şöbəsinin mütəxəssisi

İş qrafiki: 09:00 - 18:00 / Bazar ertəsi - Cümə

Şəhər: Bakı

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:

  • Maliyyə, İqtisadiyyat, Menecment və ya Hüquq sahəsində ali magistr təhsili;
  • Bankda Kredit sahəsində (kiçik və orta biznes sahəsində iş təcrübəsi arzuolunandır) minimum 3 il iş təcrübəsi;
  • Peşəkar səviyyədə MS Office, xüsusilə MS Excel-dən istifadə bacarığı;
  • Analitik düşüncə və detallara fikirvermə qabiliyyəti;
  • Stressə davamlılıq, komandada və regionlara ezam olunaraq işləmə bacarığı;
  • Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün).

İŞİN TƏSVİRİ

  • Təsdiq olunmuş kreditlər üzrə kredit rəylərinin düzgün tərtib olunmasına və iqtisadi-maliyyə təhlilin tam aparılmasının yoxlanılması məqsədilə səyyar monitorinqlər aparmaq;
  • Kredit üzrə ödənişləri təhlükə altına ala biləcək mümkün riskləri öncədən müəyyən etmək məqsədi ilə borcalanların ödəmə qabiliyyətini təhlil etmək;
  • Borcalanlar tərəfindən kreditlərin təyinatına uyğun olaraq istifadə etməsinə nəzarət etmək;
  • Kredit üzrə girov / ipoteka qismində rəsmiləşdirilmiş əmlakın mövcudluğunun və  likvidliyinin yoxlanılması məqsədilə monitorinq aparmaq;
  • Monitorinq zamanı aşkar edilmiş nöqsan və pozuntuların aradan qaldırılması üzrə tövsiyələr vermək və onların yerinə yetirilməsinə nəzarət etmək;
  • Hesabatların təhlil edilməsi yolu ilə kredit portfelinin keyfiyyətinə nəzarət etmək.