Online consultant

Send us your suggestions and comments

Call you?

Your order has been sent successfully.

Bank will contact you till 9:00 to 18:00 .

Filliallar və bankomatlar

Branches and ATMs

The best way to find us

Məmməd Araz (İbrahimov) (1933-2004)

“Xalq Əmanəti” layihəsinin ikinci nəşri dövlət və milli mükafatlar laureatı, İstiqlal ordeni kavaleri, Azərbaycanın Xalq şairi Məmməd Arazın yaradıcılığına həsr olunub.

İbrahimov Məmməd İnfil oğlu (Məmməd Araz) 1933-cü il oktyabr ayının 14-də Şahbuz rayonunun Nurs kəndində anadan olub. Burada orta məktəbi bitirdikdən sonra Azərbaycan Pedaqoji İnstitutunda təhsil alıb. 1954-cü ildə ali təhsilini başa vuran Məmməd Araz əmək fəaliyyətinə doğma kəndindəki orta məktəbdə müəllimliklə başlayıb, sonra Bakıya köçüb, Azərbaycan Nazirlər Soveti yanında Baş Mətbuat İdarəsində işləyib. 1957-ci ildə Azərbaycan Yazıçılar İttifaqına üzv olmuşdur. 1959-1961-ci illərdə Moskvada SSRİ Yazıçılar İttifaqı nəzdindəki M. Qorki adına Ali ədəbiyyat kurslarına qəbul edilmişdir.

Sonra «Ulduz» jurnalının məsul katibi, «Ədəbiyyat və incəsənət» qəzetində, Azərbaycan Dövlət Nəşriyyatında baş redaktorun müavini olmuşdur. 1971-1981-ci illərdə Yazıçılar İttifaqının poeziya bölməsinə rəhbərlik etmiş, milli poeziyanın inkişafına, ədəbi gəncliyin formalaşmasına mühüm təsir göstərmişdir. 1974-cü ildən "Azərbaycan Təbiəti" jurnalının baş redaktoru olub. Azərbaycanın ən sevilən şairlərindən biri olan Məmməd Araz həm də tərcümə və publisistika sahələrində böyük uğurlara imza atmışdır. Əməkdar incəsənət xadimi, dövlət və milli mükafatlar laureatı, Xalq şairi Məmməd Araz 1995-ci ildə Azərbaycanın ali dövlət mükafatı olan “İstiqlal” ordeni ilə ilk dəfə təltif olunan üç şairdən biridir.

Ümummilli Lider Heydər Əliyev Məmməd Arazın sənətini yüksək qiymətləndirmiş və onun haqqında danışarkən “öz əsərləri ilə yüksək bədii sənətkarlıq və əsl vətəndaşlıq qeyrəti aşılayan, doğma vətəni sonsuz məhəbbətlə sevən, qüdrətli qələmi ilə xalqımıza sədaqətlə xidmət edən Məmməd Arazın poeziyasını Azərbaycan torpağından, tariximizdən, el-obadan ayrı təsəvvür etmək çətindir” – demişdir. 1993-cü ildə onun adını daşıyan «Məmməd Araz» mükafatı təsis olunmuşdur. Şairin dərin fəlsəfi, səmimiyyət və həyat müdrikliyi ilə dolu şeirləri milyonlarla insanın qəlbinə yol tapmış və müxtəlif dillərə tərcümə edilmişdir. Təqdim olunan “Seçilmiş əsərləri”n unikallığı ondadır ki, kitabın format və dizaynı şairin özü tərəfindən 1968-ci ildə yazdığı “Vəsiyyət” şeirində təsvir edilmişdir.

2004-ci ilin dekabrında Bakıda vəfat edib, fəxri xiyabanda dəfn olunub. 2010-cu ilin mart ayında xatirəsini əbədiləşdirmək məqsədi ilə Bakı şəhərində küçələrdən birinə Məmməd Arazın adının verilməsini və onun yaşadığı binaya xatirə lövhəsinin vurulması haqda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fərman imzalamışdır.