Online consultant

Send us your suggestions and comments

Call you?

Your order has been sent successfully.

Bank will contact you till 9:00 to 18:00 .

Filliallar və bankomatlar

Branches and ATMs

The best way to find us

Vacancies

Ödəniş Kartları İdarəsi

 

Vəzifə: Bankın Ödəniş Kartları İdarəsinin Kart əməliyyatları şöbəsinin mütəxəssisi

İş qrafiki: 09:00 - 18:00 / Bazar ertəsi - Cümə

Şəhər: Bakı

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:

  • İqtisadiyyat, maliyyə və bank işi sahəsində ali magistr təhsili (yüksək reytinqli xarici universitet bitirənlərə üstünlük verilə bilər);
  • Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün);
  • Azərbaycan və İnqilis dillərini mükəmməl səviyyədə bilmək (rus dilini bilənlərə üstünlük veriləcək);
  • Mərkəzi Bankın müvafiq normativ sənədlər və qanunları üzrə nəzəri biliklərə malik olmaq;
  • Ünsiyyətcil, təşəbbüskar və mülayim olmaq;
  • Riyazi hesablama aparmaq qabiliyyəti;
  • Stressə davamlılıq və kollektivdə işləmək bacarığı;
  • Yüksək qavrama və öyrənmə qabiliyyəti;
  • İşə yaradıcı yanaşmaq, yeni ideyalara malik olmaq və yeni ideyaları stimullaşdıra bilmək bacarığı;
  • İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
  • Kompyuter bilikləri (power point, visio və excel proqramları üzrə mükəmməl biliklərə malik olan namizədlərə üstünlük veriləcək)


İŞİN TƏSVİRİ:

 

  • Balans və müxabirləşmələrin aparılması qaydaları üzrə anlayışın olması;
  • “MasterCard Connect “ və “VisaOnline” elektron şəbəkəsində gündəlik əməliyyatların icrası, monitorinq və s.
  • Yeni layihələrin aparılması;
  • Kart vasitəsi ilə aparılan əməliyyatlar üzrə klirinq və hesabatların icrası;
  • Daxili hesabatların hazırlanması.

QEYD: Tələblərə uyğun olmayan və mail-da "Mövzu" qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan "CV"-lərə baxılmayacaq. CV-lər azərbaycan dilində, “Xalq” Bankın CV formasını doldurmaqla göndərilməlidir.

Əlaqə vasitələri:

E - mail :        cv@xalqbank.az

Telefon:          (012) 404 43 39

Faks:              (012) 404 43 34

 

Vəzifə: Bankın Hesablaşmalar İdarəsinin Hesablaşmalar şöbəsinin mütəxəssisi

İş qrafiki: 09:00 - 18:00 / Bazar ertəsi - Cümə

Şəhər: Bakı

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:

  • İqtisadiyyat, maliyyə və bank işi sahəsində ali magistr təhsili;
  • Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün);
  • Azərbaycan dilini mükəmməl səviyyədə bilmək (rus və ingilis dillərini bilənlərə üstünlük veriləcək);
  • Mərkəzi Bankın müvafiq normativ sənədlər və qanunları üzrə nəzəri biliklərə malik olmaq;
  • Ünsiyyətcil, təşəbbüskar və mülayim olmaq;
  • Riyazi hesablama aparmaq qabiliyyəti;
  • Stressə davamlılıq və kollektivdə işləmək bacarığı;
  • Yüksək qavrama və öyrənmə qabiliyyəti;
  • İşə yaradıcı yanaşmaq, yeni ideyalara malik olmaq və yeni ideyaları stimullaşdıra bilmək bacarığı;
  • İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
  • Kompüter bilikləri (Excel proqramı üzrə mükəmməl biliklərə malik olan namizədlərə üstünlük veriləcək)

 

İŞİN TƏSVİRİ:

  • XÖHKS, AZİPS, SWIFT sistemlərində işləmə;
  •  Sürətli pul köçürmə sistemləri üzrə klirinq əməliyyatları;
  • Vəsaitlərin müştəri hesablarına mədaxili;
  •  Müxbir hesab qalıqlarının yoxlanılması;
  •  MT103, MT202,  MT300,  MT320,  MT199  formatlı SWIFT məlumatlarının hazırlanması;
  •  Xarici valyutada daxil olan ödənişlərin sistemə girişi;
  •  Bankın müxbir hesabları və ödəniş sistemləri üzrə hesablaşmaların aparılması.

Əlaqə vasitələri:

E - mail :        cv@xalqbank.az

Telefon:          (012) 404 43 39

Faks:              (012) 404 43 34