Online consultant

Send us your suggestions and comments

Call you?

Your order has been sent successfully.

Bank will contact you till 9:00 to 18:00 .

Filliallar və bankomatlar

Branches and ATMs

The best way to find us

Promotional Campaigns

15 Mar 2018

Xalq Bankla hədiyyələrə sahib olun

15 mart 2018-ci il tarixdən 15 sentyabr 2018-ci il tarixədək Xalq Bank “Ulduzum” loyallıq proqramının dəstəyi ilə ani lotereyaya start verilir. Bu dövr ərzində Xalq Bankın filiallarında qeyd olunmuş bank əməliyyatlarından (təcili pul köçürmələri, kommunal rabitə, internet, TV xidmətlərinin, yol hərəkəti qaydalarının pozuntusu ilə əlaqədar tətbiq edilən cərimələrin ödənilməsi, bank hesabları üzrə bəzi əməliyyatlar, depozit seyflərinin icarəsi, ödəniş kartının əldə edilməsi, “Xalqbank-online” İnternet Bank xidmətinə qoşulma) istifadə edən hər bir şəxs 8000-dən artıq hədiyyədən birini qazanmaq imkanı əldə edir (pulsuz Bakcell dəqiqələri, Azpetrol yanacaq kuponları, Autolux-dan endirim kuponları və digər müxtəlif hədiyyələr).

Hədiyyələrə sahib olmaq üçün Bankın istənilən filialında yuxarıda göstərilən xidmətlərdən istifadə zamanı, XALQBANK sözünü 5555 nömrəsinə göndərməklə alınan “Ulduzum” kodunu Bankın əməkdaşına təqdim etmək lazımdır. SMS göndərişi pulsuzdur. Həmin “Ulduzum” kodu müştərinin adı, soyadı, ata adı ilə birlikdə bankın əməkdaşı tərəfindən elektron lotereya proqramına daxil edilir və proqram təsadüfi seçim yolu ilə müştərinin hədiyyəsini müəyyən edir. Lotereyada Azərbaycan Respublikasının vətəndaşları ilə yanaşı, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər də iştirak edə bilərlər.

Lotereyanın şərtləri ilə buradan tanış ola bilərsiniz.