Online consultant

Send us your suggestions and comments

Call you?

Your order has been sent successfully.

Bank will contact you till 9:00 to 18:00 .

Filliallar və bankomatlar

Branches and ATMs

The best way to find us

News

1 Mar 2020

Xalq Bankın Visa kartları ilə ödəniş edənlər 100 manat qazana bilərlər

ASC “Xalq” Bankı Azərbaycan Respublikasının Mərkəzi Bankının Visa Beynəlxalq Xidmət Assosiasiyasının dəstəyi ilə cəmiyyətdə rəqəmsal ödənişlərin aparılmasına ictimai marağın artırılması, rəqəmsal ödəniş vərdişlərinin aşılanması və nağdsız ödənişlərin genişləndirilməsi məqsədilə 1 mart 2020-ci il tarixdən başlayan və mart-aprel ayları ərzində davam edəcək “Visa kartları ilə ödəniş qazandırır!” adlı stimullaşdırıcı lotereyaya qoşulub. Bu dövr ərzində Xalq Bankın Visa ödəniş kartları ilə alış-veriş və xidmət məntəqələrinin POS-terminallarında minimum 5 manat məbləğində nağdsız əməliyyat aparan hər bir kart istifadəçisi avtomatik olaraq lotereyada iştirak hüququ əldə edir. Yəni, 5 manatdan yüksək hər bir əməliyyat kart istifadəçisinə bir şans verəcək.

Lotereyanın ilk tirajı aprel ayının 15-də keçiriləcək və 1-31 mart tarixlər arası həyata keçirilən əməliyyatları əhatə edəcək. May ayının 15-də keçiriləcək ikinci tirajda aprel ayı üzrə əməliyyatlar iştirak edəcək. Lotereyanın uduş fondu 33 000 manat təşkil edir. İki tiraj nəticəsində hər biri 100 manat (vergi çıxıldıqdan sonra) olmaqla 300 qalib müəyyən olunacaq. Lotereyada qazanılmış vəsait qalib şəxsin kart hesabına köçürüləcək.

Xalq Bankın ödəniş kartları, keçirdiyi kampaniya və aksiyalar haqqında daha ətraflı məlumatı www.xalqbank.az saytından və ya 138 Məlumat Mərkəzindən əldə edə bilərsiniz.

The Press about the Bank