7 February 2023

Xalq Bank Türkiyədə zəlzələdən zərərçəkənlərə ianə məqsədli köçürmələri komissiyasız icra edir.

Zəlzələdən zərərçəkənlərə yardım etmək istəyən şəxslər Türkiyəyə həm bank hesabı vasitəsilə, həm də UPT, Zolotaya Korona, Western Union, CONTACT sistemləri ilə komissiya ödəmədən köçürmə edə biləcəklər. Yanaşma həmçinin fiziki və hüquqi şəxslərin Türkiyəyə maddi yardım təyinatlı bütün köçürmələrinə aid edilir.

Bankın filiallarının yerləşdiyi ünvanlar və iş saatları haqqında məlumatı buradan əldə edə bilərsiniz: https://www.xalqbank.az/az/xidmet-sebekesi