6 May 2025

Xalq Bank ağacəkmə askiyasında iştirak etdi

Aprelin 25-də Xalq Bank əməkdaşları Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə Müşfiqabad qəsəbəsində təşkil olunan növbəti ağacəkmə kampaniyasında iştirak etdi.

Aksiya Azərbaycan Respublikasının Mərkəzi Bankı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Sığortaçılar Assosiasiyası, Azərbaycan Mikromaliyyə Assosiasiyası, Azərbaycan Fond Bazarı İştirakçıları Assosiasiyası və Azərbaycan Fintex Assosiasiyası arasında imzalanmış 13 mart 2023-cü il tarixli “Anlaşma Memorandumu” əsasında həyata keçirilmişdir. Layihə çərçivəsində 2023-cü ildən başlayaraq 10 il ərzində hər il 100 000 ağac olmaqla, ümumən 1 milyon ağac əkilməsi nəzərdə tutulmuşdur.