6 April 2024

Xalq Bankda onlayn Gold kart sifarişlərinə endirim

Xalq Bank plastik kartlarla bağlı yeni endirim kampaniyasına start verir. 30 sentyabradək davam edəcək kampaniya ərzində 1, 2 və ya 3 illik Mastercard GoldVisa Gold kartlarını 50 AZN/USD/EUR ilkin mədaxillə pulsuz əldə etmək mümkün olacaq. Endirim yalnız onlayn sifarişdə (https://cardorder.xalqbank.az/) keçərlidir. Bakı ərazisində çatdırılma pulsuzdur.

Xalq Bank müştərilərinə dünyanın hər bir yerində faydalana biləcəkləri geniş çeşidli kart məhsulları təqdim edir. Bu kartlarla Xalq Bankın ölkə üzrə geniş ATM şəbəkəsində, eyni zamanda dünyanın hər yerində vəsait nağdlaşdırmaq, onlayn alış etmək, rahat və sürətli təmassız ödənişlər aparmaq mümkündür. Funksional XalqOnline mobil tətbiqini yükləyərək əməliyyatları daha tez və asan həyata keçirmək mümkündür.  

Xalq Bankın məhsul və xidmətləri barədə məlumatları Bankın filial şəbəkəsindən, https://www.xalqbank.az/ rəsmi internet səhifəsindən, 138 Çağrı mərkəzindən, həmçinin müxtəlif sosial şəbəkə səhifələrindən əldə etmək olar.