• Region filialları
  • Şamaxı

“Şamaxı” filialının Müştəri xidməti şöbəsinin mütəxəssisi

Vəzifə öhdəlikləri

  • Müştərilərin müraciətlərini cavablandırmaq, bankın məhsul və xidmətləri haqqında ətraflı, dolğun məlumat və məsləhətlər vermək;
  • Müştərilərin eyniləşdirilməsini təmin etmək, onlara müvafiq hesablar açmaq (hesabları bağlamaq), hesab sahibinin tapşırıqlarına əsasən müvafiq əməliyyatların aparılmasını təmin etmək;
  • Əməliyyatın aparılması üçün müştərilərin təqdim etdiyi sənədləri (müqavilələri, hesab-fakturaları və digər sənədləri) yoxlamaq;
  • Müştərilərin istəyinə uyğun olaraq onlara hesab qalıqları barədə arayış və çıxarış tərtib edərək təqdim etmək;
  • Cari sənədlərin yığılması, saxlanılması və arxivləşdirilməsini həyata keçirmək.

Tələblər

  • Maliyyə, İqtisadiyyat, Menecment və hüquq sahəsində ali magistr təhsili;
  •  Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün);
  •  Bank və ya bank olmayan kredit təşkilatında  təcrübə arzuolunandır;
  •  Ünsiyyətcil, təşəbbüskar və mülayim olmaq;
  •  Analitik zəkaya malik olmaq və müştərilərlə işləmək qabiliyyəti;
  •  Riyazi hesablama aparmaq qabiliyyəti;
  •  Mükəmməl kommunikasiya və insanları inandırma qabiliyyəti;
  •  Stressə davamlılıq və kollektivdə işləmək bacarığı;
  •  Yüksək qavrama və öyrənmə qabiliyyəti;
  •  İşə yaradıcı yanaşmaq, yeni ideyalara malik olmaq və yeni ideyaları stimullaşdıra bilmək bacarığı;
  •  İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
  •  Kompüter bilikləri.

İş qrafiki: 09:00 - 18:00 / Bazar ertəsi - Cümə

QEYD: Tələblərə uyğun olmayan və mail-da "Mövzu" qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan "CV"-lərə baxılmayacaq. CV-lər azərbaycan dilində, “Xalq” Bankın CV formasını doldurmaqla göndərilməlidir.

Əlaqə vasitələri:

E - mail:  [email protected]

Telefon:  (012) 404 43 39