6 March 2026
8 Marta özəl kampaniya
Xalq Bank 8 Mart- Beynəlxalq Qadınlar Günü münasibətilə XalqKart sahibləri üçün xüsusi keşbek kampaniyası təqdim edir. 7-9 mart tarixlərində hədiyyə, parfümeriya, gül dükanları və gözəllik salonlarında XalqKart ilə edilən ödənişlərdə müştərilər 8% keşbek/petrol qazanacaqlar.
Kampaniyada iştirak edən MCC əməliyyat kodları:
• Hədiyyə mağazaları – 5945, 5947, 5970, 5971
• Gözəllik salonları və şəxsi baxım vasitələrinin satışı – 7230, 7297, 7298, 5977
• Gül mağazaları – 5193, 5992
Kompaniya çərçivəsind hər kateqoriya üzrə qazanıla biləcək maksimum keşbek/bonus məbləği - 20 AZN, 10 USD/EUR/GBP, 20 OİL təşkil edir. Keşbek/bonus məbləğləri kampaniya bitdikdən sonra 15 iş günü ərzində müştərilərin kart hesabına köçürüləcək.
Əlavə olaraq, həmin tarixlərdə premium imtiyazlı Mastercard Black Edition və Visa İnfinite kartları xanımlar üçün satış qiyməti və ya ilkin ödəniş məbləğinə 60% endirimlə, 1 illik VİSA Gold kartları isə pulsuz təqdim edilir. Təklifdən yararlanmaq üçün https://cardorder.xalqbank.az/ səhifəsində XB8MART promokodunu tətbiq etməklə onlayn sifariş etmək mümkündür.