1 May 2025

Xalq Bankdan MasterCard Black Edition kartına 50% endirim

Xalq Bankdan MasterCard Black Edition kartına 50% endirim

Yeni kampaniyadan yararlanmaqla Xalq Bankın təqdim etdiyi premium üstünlüklərə malik Mastercard Black Edition kartını xidmət haqqı və ilkin mədaxil məbləğinə 50% endirimlə əldə etmək mümkün olacaq:

1 illik – 75 AZN xidmət haqqı ödəyərək və ya 5000 AZN/2500 USD/EUR/GBP ilkin ödənişlə,

2 illik - 125 AZN xidmət haqqı ödəyərək və ya 7500 AZN/5000 USD/EUR/GBP ilkin ödənişlə,

3 illik - 150 AZN xidmət haqqı və ya 10000 AZN/7500 USD/EUR/GBP ilkin ödənişlə.

Mastercard Black Edition kartı ilə dünyanın hər yerində eksklüziv xidmətlər və imtiyazlardan yararlanmaq, vəsait nağdlaşdırmaq və ödənişlər aparmaq mümkündür. Kart öz sahibinə 500 000 USD-dək səyahət sığortası proqramı, müxtəlif hava limanlarının biznes zallarına ildə 10 dəfə ödənişsiz keçid, hava limanlarında ildə 10 dəfə pulsuz sürətli keçid (Fast Track), pulsuz data rouminq, kafe-restoranlarda keşbek, “Duty Free” mağazalarında keşbek və digər endirim imkanlarını təqdim edir.

Kampaniya 31 iyuladək davam edəcək.

Mastercard Black Edition kartını XalqOnline mobil tətbiqini yükləyərək, Bankın filiallarında, yaxud https://cardorder.xalqbank.az/?card=8 səhifəsinə keçid edərək onlayn sifariş etmək mümkündür. Bakı ərazisində çatdırılma pulsuzdur.